Hollandiyanın «Tvente» klubunda milli komandamızın hücumçusu Vaqif Cavadovun rəqabət aparacağı əsas futbolçulardan biri - Bryan Ruiz İspaniya premyorusunda oynamaq istədiyini bildirib. Qol.Az-ın Hollandiya mətbuatına istinadən verdiyi məlumata görə, kostarikalı futbolçu Hollandiyanı tərk etmək barədə fikirləşdiyini bəyan edib. «Mən dəqiq bilirəm ki, Hollandiyanı tərk edəcəyəm. İspaniya çempionatında oynamaq mənim ən böyük arzularımdandır. Gələcək futbolçu karyeramı İspaniyada davam etdirəcəyimi yəqinləşdirmişəm. Əlbəttə, İngiltərə premyer liqası da cəlbedicidir. Amma mən İspaniya çempionatında oynamağı daha üstün tuturam. Çünki orda oyunlar daha maraqlı keçir. Ümid edirəm ki, «Tvente» mənim daha böyük kluba keçməyimə icazə verəcək. Hərçənd bilirəm ki, onlar yaxşı oyunçularından birini komandadan getməsinə həvəssiz yanaşırlar. İndi gözləyirəm, görüm, gələcəkdə nə olacaq. Hazırda «Tvente»də xoşbəxtəm».
Qeyd edək ki, Hollandiya çempionatının ən yaxşı hücumçularından hesab edilən Ruiz bu mövsüm «Tvente»nin heyətində keçirilən 18 oyunda 13 qol vurub.
Əlavə edək ki, Ruiz avroliqada «Qarabağ»a qarşı Hollandiyada keçirilən və 3:1 hesabı ilə başa çatan oyunda iki qolun müəllifi olmuşdu.
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki
Çempionlar Liqasını qazanmaq üçün əsas favorit açıqlandı
2-ci liqada oyunların saatı açıqlandı
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
Levandovski İnzaqinin ÇL rekordunu qırdı
Bakıda beynəlxalq təlim-məşq toplanışı
Neymarın baş məşqçisi istefaya göndərildi
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək - Video
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
ÇL-də həftənin ən yaxşısı adına namizədlər