«Bakı»nın türkiyəli vitse-prezidenti Tunc Avşarın Qol.Az saytına müsahibəsi
- Komandanızın «Birlik kuboku»ndakı gözlənilməz uğursuz çıxışı hələ də müzakirə olunmaqdadır. «Bakı»nın belə zəif nəticə göstərməsinin səbəbini siz nədə görürsünüz?
- İlk növbədə futbolçuların özünə arxayınçılığında. Komanda özünə çox güvəndi, rəqiblərini ciddiyə almadı. Bizim çox yaxşı nəticə göstərmək üçün əla imkanlarımız var idi. Amma… Qrupdan çıxa bilməməyimiz sadəcə olaraq biabırçılıqdır.
- Bu biabırçılığı kimin adına yazaq?
- Mən də daxil olmaqla hamının.
- Amma uğursuzluqda ən çox baş məşqçi Bülənt Qorxmazın adı hallanır.
- Dediyim kimi, hamının günahı var. Məşqçidən tutmuş futbolçuya, komandanın bütün üzvlərinə kimi. «Bakı»ya «Birlik kuboku»nda uğurla çıxış etməsi üçün çox yüksək şərait yaradılmışdı. Komanda Antalya şəhərində yaxşı təlim-məşq toplanışı keçmişdi. Bütün bunların müqabilində belə uğursuzluq olmamalıydı. Çünki biz orada təkcə «Bakı» komandasını deyil, bütövlükdə Azərbaycan futbolunu və Azərbaycanı təmsil edirdik. Futbolçular belə bir əhəmiyyətli turnirə ciddi yanaşmalıydılar. Biz Azərbaycan xalqına bir sevinc yaşatmalıydıq. Alınmadı. Mənə elə gəlir ki, komanda bu biabırçılıqdan özü üçün nəticə çıxarmalıdır. Çünki qabaqdan çempionatın oyunları gəlir.
- Şəxsən sizin üçün «Birlik kuboku»nda hansı nəticə «Bakı» üçün daha uğursuz hesab oluna bilərdi?
- Biz hətta ikinciliyi belə qəbul edə bilməzdik. Dediyim kimi, bu turnirdə birinci yeri tutmaq üçün komandaya çox yaxşı şərait yaradılmışdı. Antalyada yaxşı oyunlar keçirmişdik, turnirə yüksək səviyyədə hazırlaşmışdıq.
- «Aktobe» ilə oyundan sonra azarkeşlərin Bülənt Qorxmaza hücum etməsinə münasibətiniz necədir?
- Mən bunu hücüm kimi yox, söz atmacası kimi qiymətləndirərdim. Azarkeşi də başa düşmək lazımdır. Onlar neçə vaxt idi komandanın yolunu gözləyirdi, onun uğur qazanacağına böyük ümid bəsləyirdi. Uğursuzluq olubsa azarkeşin belə reaksiyasını normal qəbul etmək lazımdır. Bu fürsətdən istifadə edib azarkeşlər və Azərbaycan xalqından üzr istəyirəm.
- Bəs, bu nəticəyə görə kimsə cəzalandırılacaqmı?
- Bu həftənin şənbə günü komandamızın toplantısı olacaq. Həmin toplantıda müvafiq qərarlar çıxarılacaq.
- Komandanın transfer siyasətinə cavabdeh şəxslərdən biri kimi, «Bakı»ya yeni cəlb olunan legionerin çox zəif təsir bağışlaması fikri ilə razısınız?
- Mən qış fasiləsində komandaya cəlb edilən dörd legionerə cavabdehəm. Onların hamısı səviyyəli oyunçulardır. Bununla belə, həmin futbolçuların oyunlarından narazı qaldım. Amma bu o demək deyil ki, onlar pis futbolçulardır.
- Bu gün mətbuatda yeni transferlər - Adnan Bərəkət, Venio və Gürşad Duymuşun «Bakı»dan uzaqlaşdırılacağı barədə xəbərlər yayılıb.
- (gülür...) Bəs Adrianonun adını çəkməyiblər?
- Yox.
- Bir şey deyə bilmərəm. Həmin futbolçular hazırda Bakıdadırlar.
- Hər halda adları çəkilən futbolçularla bağlı hansısa qərar veriləcəyi gözlənilirmi?
- Hələlik bir şey deyə bilmərəm. Ümumiyyətlə, söhbət təkcə həmin üç futbolçudan getmir. Şənbə günü keçirəcəyimiz toplantıda bütün məsələlərə baxılacaq.
- Ola bilərmi ki, başqa futbolçular da cəzalansın?
- Bayaq adlarını çəkdiyimiz üç futbolçu komandada qala da bilər, gedə də. Eyni zamanda başqa futbolçular da var ki, onlar haqda da qərar verilməsi mümkündür.
- Konkret olaraq, Adnan Bərəkət, Venio və Gürşad Duymuşdan əsaslı bir narazılığınız varmı?
- Mən onlardan Antalyadakı toplanışdan nə qədər razı qaldımsa, Moskvadakı yarışdakı oyunlarından bir o qədər narazı qaldım.
- Hər halda, gəlin açıq danışaq, «Bakı» futbolçulardan kimləri yola salmağı düşünür?
- Kimsə komandadan çıxarıla da, yerlərinə başqaları da gələ bilər.
- Siz yenə də ad çəkmirsiniz.
- Mən tək-tək ad çəkmək istəmirəm. Gəlin, şənbə günü keçiriləcək iclası gözləyək…
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat