Ağdamın «Qarabağ» klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Xəbər verdiyimiz kimi, dünən «Qarabağ» iki yoxlama görüşündə qüvvəsini sınayıb. Ağdam təmsilçisi Rusiyanın «SKA-Energiya» klubuna 1:4, Qazaxıstanın «İrtış» komandasına isə 0:1 hesabı ilə məğlub olub.
Qol.Az-ın müxbiri bu gün «Qarabağ»ın və Azərbaycan millisinin hücumçusu Vüqar Nadirovla əlaqə saxlayaraq dünənki oyunlar və hazırlıq prosesilə bağlı fikirlərini öyrənib.
- Vüqar, öncə ondan başlayaq ki, «Qarabağ»ın dünən keçirdiyi iki oyunun heç birində meydanda yox idin. Bunun səbəbi nədir?
- Bildiyiniz kimi, yanvarın 4-də ayağımdan əməliyyat olunmuşdum. İndinin özündə də zədəliyəm. Ona görə dünənki görüşlərdə oynamadım. Hələ təzə-təzə məşqlərə başlamışam. Hazırda özümü normal hiss edirəm. Yəqin ki, çempionatın oyunlarına tam hazır olacağam.
- «Qarabağ»ın hazırlığı necə keçir?
- Hər şey yaxşıdır. Komandaya yüksək səviyyədə şərait yaradılıb.
- Bir halda ki, vəziyyət belə yaxşıdır, niyə dalbadal iki oyunda məğlubiyyətə uğradınız?
- Bunlar yoxlama oyunları idi. Baş məşqçi ruslarla oyunda əsasən komandaya baxışa gələn legionerləri sınaqdan çıxardı. İkinci oyunda yerli futbolçulara şans verdi. Komandamızda durum əvvəl necə idisə, elə də qalır. Kollektivin oyununda geriləmə yoxdur.
- Mediada gürcüstanlı Adamiyanın «Qarabağ»a keçəcəyi barədə xəbərlər yayılıb. Səncə, transfer gerçəkləşərsə, rəqabət mənasında çətin olmayacaq?
- Yox, mənim üçün heç bir problem ola bilməz. Mən də futbolçuyam, o da.
- Vaqif Cavadov «Tvente»yə keçdi. Bununla çempionatda sənin üzərinə əlavə yükün düşəcəyini söyləmək olarmı?
- Bunu çempionatın oyunlarında görəcəyik.
- Sənin xarici klublardan, konkret olaraq, «Anji» komandasından dəvət almağın barədə də xəbərlər yayılıb.
- Bilmirəm niyə və kimə istinadən belə məlumatlar yayıblar. Mənə «Anji»dən heç bir təklif gəlməyib.
- Bəs, başqa xarici klublardan?
- Hələ ki, bir şey yoxdur….
- «Qarabağ»la müqavilə bitəndən sonra başqa kluba keçmək variantı varmı?
- Mən Azərbaycanda «Qarabağ»dan başqa heç bir klubda çıxış etmərəm. Əgər xaricdən dəvət olsa, yalnız bu halda legioner həyatı yaşamağa razılıq verərəm. Birdə ki, hələ «Qarabağ»la müqaviləmin müddətinin bitməsinə ilyarım var.
- Sonda. Əmin Adil Nadirov deyib ki, atası Qarabağda şəhid olduğuna görə mən Vüqarı Rusiyada oynamağa qoymaram.
- Bilirsiniz, əgər xaricdən, o cümlədən Rusiyadan təklif alsam, mənim ilk məsləhətləşəcəyim adamlardan biri də əmim Adil Nadirov olacaq. Əgər razı olmasa, Rusiyaya getməyəcəyəm
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər