«Neftçi» baxışa gələn futbolçularla bağlı ilk qərarını verdi

«Neftçi» baxışa gələn futbolçularla bağlı ilk qərarını verdi
ÖLKƏ FUTBOLU 21 Yanvar 2010 / 12:01 2838
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının «Neftçi» klubu komandada baxışda olan seneqallı müdafiəçi Amadu Antanı yola salmaq qərarına gəlib. Qol.Az-ın məlumatına görə, bu haqda «Neftçi»nin baş məşqçisi Vaqif Sadıqov PFL-in rəsmi saytına müsahibədə bildirib. «Ukraynanın “Çernomorets” komandası ilə görüşdəki oyunda Amadu Anta bizi qane etmədi, ona görə düşərgəni tərk edəcək. Baxışda olan digər üç futbolçu - Valeri Abramidze, Vladimir Voskoboynikov və Sergey Alekseyevə işimizi davam etdirəcəyik və irəlidəki oyunlarda onları yenə sınamağı planlaşdırırıq». V.Sadıqov bundan sonra hər hansı bir futbolçu ilə yollarını ayıracaqlarını istisna etməyib: «Qarşıdakı günlərdə komandaya baxışa futbolçular dəvət olunacaq. Bəzi mövqelərimizdə boşluqlar var, onları doldurmaq üçün yeni gələn futbolçuları sınaqdan keçirəcəyik. Bundan sonra komandadan gedəcək və ya qalacaq futbolçular barəsində son qərar veriləcək». Qeyd edək ki, "Neftçi" sabah Türkiyənin «Antalyaspor» komandası ilə yoxlama görüşü keçirəcək.

Son xəbərlər