Azərbaycan ağırlıqqaldıranlarının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazandığı daha 3 lisenziyası əlindən alınıb.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) olimpiadada iştirak üçün kvota verdiyi ölkələr siyahısından Azərbaycanın adını çıxarıb.
Buna ölkənin 6 atletinin 2015-ci il dünya çempionatında dopinq-testdən keçə bilməməsi səbəb olub. Bir müddət əvvəl İWF-nin Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Konqresində Azərbaycanın aktivindən 1 kişi, 1 qadın idmançını çıxarmışdı. Belədə ölkəmizin 3 lisenziyası qalmışdı. Lakin beynəlxalq qurum yeni qərarla ağırlıqqaldıranlarımızı qalan lisenziyalardan da məhrum edib. Beləliklə, "Rio-2016"da Azərbaycanı bu növdə heç bir idmançı təmsil etməyəcək.
Qeyd edək ki, dünya çempionatında dopinq-testdən keçə bilməyən atletlərdən Valentin Xristov, Elxan Əliquluzadə, Silviya Anqelova, Firudin Quliyev və İntiqam Zairov 8 il, Dadaş Dadaşbəyli 4 il müddətinə diskvalifikasiya edilib. Bundan başqa əvvəlki iki olimpiadada götürülmüş analizlərin təkrar yoxlaması nəticəsində İntiqam Zairovun Pekin-2008-də, Boyanka Kostovanın isə London-2012-də istifadəsi qadağan olunmuş preparatlar qəbul etdiyi açıqlanıb(Sportnet.az).
"Beşiktaş" onu hədəfə aldı
Musiala 3 gün ərzində ikinci dəfə matç zamanı huşunu itirdi
Bezos “Liverpul”a ortaq oldu
Güləşçimiz dünya üçüncüsü oldu
Meydana çıxmaqdan imtina etdi, intizam işi açıldı
Rodri rəsmən "Barselona"da
Doku sıradan çıxdı
“Mançester Yunayted”in təklifini rədd etdi