Premyer Liqada 2-ci mövsümünə hazırlaşan “Zirə” məşqlərlə yanaşı, transfer çalışmalarını da davam etdirir.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi daha bir futbolçunu heyətinə cəlb edib.
Portuqaliyalı Migel Lorenzo ilə müqavilə imzalanıb. Futbolçu Setubalın “Vitoriya” klubundan bir illik icarə əsasında “qartallar”ın sırasına qoşulub. Bununla yanaşı, “Zirə” növbəti mövsümün sonunda Migeli transfer etmək hüququnu özündə saxlayır.
“Vitoriya”nın yetirməsi olan 24 yaşlı müdafiəçi Portuqaliyanın bütün aşağı yaş qruplarından ibarət yığma komandalarında çıxış edib. Migel həmçinin, ölkəsinin U-21 yığmasının da formasını geyinib.
"Beşiktaş" onu hədəfə aldı
Musiala 3 gün ərzində ikinci dəfə matç zamanı huşunu itirdi
Bezos “Liverpul”a ortaq oldu
Güləşçimiz dünya üçüncüsü oldu
Meydana çıxmaqdan imtina etdi, intizam işi açıldı
Rodri rəsmən "Barselona"da
Doku sıradan çıxdı
“Mançester Yunayted”in təklifini rədd etdi