“Bakı” “Birlik Kuboku” öncəsi hücumçusunu itirdi (EKSKLÜZİV)

“Bakı” “Birlik Kuboku” öncəsi hücumçusunu itirdi (EKSKLÜZİV)
ÖLKƏ FUTBOLU 14 Yanvar 2010 / 13:54 2769
-  A +

Dünən “Şanlıurfaspor”la qarşılaşmada xəsarət alan “Bakı”nın hücumçusu Əhməd Ticaninin zədəsinin ciddi olduğu aşkarlanıb. Bu haqda Qol.Az-ın müxbirilə söhbətində “Bakı”nın həkimi Murad Mərdanlı məlumat verib. Onun sözlərinə görə, nigeriyalı forvard 3-5 ay meydana çıxa bilməyəcək. Ticani bu gün İstanbulda yerləşən “Acıbadem” klinikasına göndərilib və hücumçunun əməliyyat olunacağı gözlənilir. 


Son xəbərlər