"Anji" Mahir Şükürova yenə şans vermədi

"Anji" Mahir Şükürova yenə şans vermədi
ÖLKƏ FUTBOLU 14 Yanvar 2010 / 11:21 2649
-  A +

Milli komandamızın üzvü Mahir Şükürovun bu günlərdə rəsmi müqavilə imzalayacağı gözlənilən Rusiyanın “Anji” klubu Antalyada növbəti yoxlama oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Mahaçqala təmsilçisi Almaniyanın üçüncü liqasında yarışan “Ştudqart II” klubu ilə qarşılaşıb. Görüş almanların 2:0 hesablı qələbəsiylə başa çatıb. Gözlənildiyi kimi, “Anji”nin baş məşqçisi Omari Tetradze bu qarşılaşmada Şükürova şans verməyib. Mahirin Almaniya klubuna qarşı oynamayacağı əvvəldən bəlli idi. Çünki Tetradze özü mətbuata verdiyi açıqlamada həmyerlimizə hələlik istirahət verdiyini söyləyib. 

 

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...