Mahir Şükürovun “Anji”yə transferi 450 min avroya başa gəlib

Mahir Şükürovun “Anji”yə transferi 450 min avroya başa gəlib
ÖLKƏ FUTBOLU 11 Yanvar 2010 / 12:27 2382
-  A +

Milli komandamızın üzvü Mahir Şükürov artıq Rusiyanın “Anji” klubunun düşərgəsindədir. Qol.Az-ın “Sport-Ekspress”ə istinadən verdiyi məlumata görə, həmyerlimiz bu gün tibbi müayinədən keçəcək. Daha sonra isə Şükürovla 2 illik müqavilə imzalanacağı gözlənilir.
Rusiyalı həmkarlarımızın yazdığına görə, Şükürov ikinci bundesliqa klubundan da təklif almasına baxmayaraq, Rusiya variantına üstünlük verib. Eyni zamanda transferin 450 min avroya başa gəldiyi də deyilir.

 


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi