“Dekabr ayının 28-dən yanvar ayının 5-nə kimi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində oldum. Səfərim şəxsi məqsəd daşısa da, fürsətdən istifadə edib BƏƏ futbolu və futbol ictimaiyyəti ilə yaxından maraqlandım. BƏƏ Peşəkar Futbol Liqasının Prezidenti Doktor Tariq Humaid Əl Tayer və BƏƏ Peşəkar Futbol Liqasının İdarə Heyətinin üzvü və Texniki Komitənin sədri Abdullah Əl Cunabi ilə görüşlərim oldu”. Qol.Az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev qurumun rəsmi internet saytına verdiyi müsahibədə deyib.
R.Musayevin sözlərin görə, qarşı tərəflə əməkdaşlıqla bağlı danışıqlar aparıblar: “BƏƏ Peşəkar Futbol Liqası da Azərbaycan Peşəkar Futbol Liqası kimi yeni qurulub. Görüşümüzdə bu iki gənc liqanın qarşılıqlı əməkdaşlığı və münasibətlərinin inkişaf etdirilməsi məsələlərinə toxunduq. Həm bizim üçün, həm də BƏƏ-li həmkarlarımız üçün maraqlı və faydalı görüş oldu. Azərbaycan Peşəkar Futbol Liqası, Unibank Premyer Liqası, ümumiyyətlə ölkəmizin idman həyatı BƏƏ-li idarəçilərin marağına səbəb oldu. Təkcə futbolda deyil, həmçinin idmanın digər növlərində - güləş, cüdo və digər olimpiya idman növlərində qazandığımız uğurlarla maraqlandıqlarını və son zamanlar ölkə prezidenti cənab İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində yüksək templərlə inkişaf edən idmanımızla daha yaxından tanış olmaları üçün ölkəmizə gələcəklərini bildirdilər. Mən də, öz növbəmdə, Respublikamızın sosial və iqtisadi həyatının yüksək sürətlə inkişaf etdiyini nəzərə alaraq, Bakı şəhərinin yaxın zamanlarda Dubay kimi inkişaf etmiş şəhərlə rəqabət aparacaq səviyyədə olacağını vurğuladım”.
PFL-in prezidenti səfəri zamanı diqqət çəkən məqamlar haqda da danışıb: “BƏƏ Peşəkar Futbol Liqasında bizi maraqlandıran bəzi cəhətlər oldu. Misal üçün, Liqaya sponsor cəlbi, marketinq və yayım hüququ diqqətimizi çəkdi. Cəmi 2 il fəaliyyət göstərməsinə baxmayaraq, Liqanın illik gəliri bir neçə milyon dollardır. BƏƏ Peşəkar Futbol Liqasında 6 FİFA hakimi fəaliyyət göstərir. Liqanın televiziyada yayımı çox yüksək səviyyədə həyata keçirilir. Oyunlar minimum 12 kamera ilə lentə alınır. Digər bir maraqlı məqam isə bütün oyunların təhlükəsizliyinin klublar tərəfindən yox, Peşəkar Futbol Liqası tərəfindən təmin olunmasıdır. Oyunlar zamanı bütün stadionlara Peşəkar Futbol Liqası nəzdində fəaliyyət göstərən təhlükəsizlik işçiləri ezam olunur”.
R.Musayev Dubayda yaşayan həmyerlilərimizlə də görüşdüyünü bildirib: “Dubayda olduğum zaman hörmətli həmvətənimiz, uzun müddət Azərbaycan futboluna əmək vermiş Faiq Hüseynovun mütəxəssis kimi fəaliyyət göstərdiyi Dubayın “Əl Əhli” klubunda oldum. “Etisalat”ın (BƏƏ-nin ən böyük mobil telefon operator şirkətidir) sponsoru olduğu Etisalat Kubokunun “Əl Əhli” və “Şarja” klubları arasında keçirilən oyuna dəvət edilmişdim. Qeyd edim ki, “Əl Əhli” klubunun prezidenti Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşit Əl Maktumun oğlu Şeyx Hamdandır və klub 2008-2009-cu illər mövsümündə BƏƏ Liqasının çempionu və Kubokun qalibi olub. 2009-cu ilin dekabr ayında BƏƏ-nin paytaxtı Abu Dabidə keçirilən FİFA Klublararası Dünya Kubokunda iştirak edib. Klubun çox gözəl stadionu, texniki infrastrukturu, təcrübəli tibbi heyəti var. Çox sevindirici faktdır ki, həmvətənimiz Faiq Hüseynovun öz klubunda böyük hörməti var, istər klub idarəçiləri, istər texniki heyət, istər oyunçular ona çox böyük rəğbət bəsləyirlər və keçən il əldə olunan uğurlarda Faiq müəllimin xüsusi rolunu vurğulayırlar. Fürsətdən istifadə edib, mən də Faiq Hüseynova və onun ailəsinə göstərdikləri diqqət və qayğı üçün çox təşəkkür edirəm, ürəyi Azərbaycan və Azərbaycan futbolu üçün döyünən bu insana işlərində və həyatında müvəfəqiyyətlər arzu edirəm”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı