Vaqif Sadıqov: “Neftçi”nin prezidenti məni sonadək dəstəkləyəcəyini dedi”

ÖLKƏ FUTBOLU 2 Yanvar 2010 / 17:21 2546
-  A +

“Bülənt Uyqunun “Neftçi”yə baş məşqçi təyin olunacağı barədə mətbuatda xəbərlər yayıldıqdan sonra həm klubumuzun prezidenti Sadıq Sadıqov, həm də vitse-prezidenti Tahir Süleymanov mənimlə əlaqə saxlayaraq, deyilənlərin həqiqətuyğun olmadığını, mənə güvəndiklərini və sonadək dəstəkləyəcəklərini bildirdi”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov deyib. Təcrübəli mütəxəssis yayılan xəbərlərə fikir vermədiyini və hazırda klubun daha da güclənməsiylə məşğul olduqlarını dedi: “Hal-hazırda klubun bazasındayam. Bayram olmasına baxmayaraq, biz istirahət etmirik. Bütün diqqətimizi komandanın gücləndirilməsinə yönəltmişik. Heyətimizi fasilə dövründə daha da gücləndirib, istədiyimiz nəticələri qazanmaq arzusundayıq”.  

 

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner