“Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz yanvarda Moskvada keçiriləcək “MDB və Baltikyanı dövlətlərin çempionlarının Birlik Kuboku”nun püşkatmasına münasibət bildirib. Qol.Az-ın müxbirilə söhbətində türkiyəli mütəxəssis yer aldıqları qrupun heç də asan olmadığını deyib: “Qrupumuzda güclü rəqiblər yer alıb. Finlandiya təmsilçisi heç də zəif deyil. Eyni sözləri “Aktobe” və “Vaxş” haqda da deyə bilərəm. Bu klublar öz ölkələrinin çempionlarıdır. Amma istənilən halda, biz də zəif deyilik. Öz gücümüzə inanırıq və Moskvaya uğur qazanmaq üçün gedirik”.
“Bakı”nın çalışdırıcısı qrupdakı rəqiblər haqda artıq məlumat toplamağa başladığını bildirib: “Hazırda Azərbaycanda fasilə olduğu kimi, rəqiblərimiz də istirahətdədirlər. Bununla belə, onların son oyunlarının kassetlərini əldə etməyə çalışırıq. Rəqiblərin hələlik oyunlarına tamaşa etməsəm də, heyətləri haqda yetərincə məlumatım var. Zəif və güclü tərəflərini müəyyənləşdiririk”.
“Real”da ciddi itki
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər