Azərbaycan milli komandasının kapitanı və «Qarabağ»ın müdafiəçisi Rəşad Sadıqov Britaniyanın transfermarket.co.uk saytının ona 750 min avro qiymət qoymasına münasibət bildirib. Qol.Az-ın müxbiri ilə söhbətində R.Sadıqov deyib ki, ümumiyyətlə, bu saytda futbolçularla bağlı qiymətlər ciddi deyil və gerçəkliyi əks etdirmir. «Bu saytda qiymətlər həddən artıq şişirdilib. Təckə mənim deyil, bizim digər futbolçularımıza qoyulan qiymətlər də gerçəkliklə uyğunlaşmır».
R.Sadıqovun sözlərinə görə, azərbaycanlı futbolçular, adətən, başqa bir komandaya sərbəst agent statusunda keçir: «Bizdə futbolçular çox vaxt komandaları ilə müqaviləsi bitdikdən sonra digər komandaya transfer olur. Yəni futbolçu sərbəst agent olanda kluba deyil, yalnız oyunçunun özünə pul ödəmək lazım gəlir».
Konkret özüylə bağlı rəqəmə gəlincə, Sadıqov deyib: «Mənim qiymətim nəinki 750 min avro, heç bu rəqəmə yaxın da deyil».
Millimizin kapitanı həqiqi transfer qiymətini açıqlamaq istəmədiyini də vurğulayıb.
“Real”da ciddi itki
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı