Azərbaycan milli komandasının kapitanı və «Qarabağ»ın müdafiəçisi Rəşad Sadıqov bu ilin əvvəlində Türkiyənin «Kocaelispor» klubuna keçidi zamanı «Neftçi»nin keçmiş rəhbərliyi tərəfindən ona yaradılan problemlərlə bağlı yeni açıqlama verib. Bu gün Qol.Az-ın müxbiri ilə söhbətində R.Sadıqov bildirib ki, Kocaelispor»a keçidində «Neftçi»nin yeni prezideni Sadıq Sadıqovun xüsusi rolu olub. «Bu faktı çox az adam bilir. Yadınızdadırsa, o zaman «Kocaelispor»a keçidimə görə «Neftçi» məndən yüksək kompensasiya istəyirdi. Həmin vaxt bu pulu ödəməyə gücüm yox idi. Türkiyədə isə transfer pəncərəsinin bağlanmasına bir gün qalmışdı. Elə bu vaxt mən Sadıq müəllimdən kömək istədim. O isə «Neftçi»nin o vaxtkı prezidenti Əkbər Hacıyevlə görüşərək problemi yoluna qoydu. Beləliklə, Sadıq müəllimin köməyi sayəsində, Türkiyədə transfer pəncərəsinin bağlanmasına bir gün qalmış mənim «Kocaelispor»a keçidim baş tutdu».
Sadıq Sadıqovla çoxdandır tanış olduğunu deyən Rəşad Sadıqov yeni prezidentin rəhbərliyi altında «Neftçi»nin əvvəlki şöhrətini qaytaracağına inandığını bildirib.
Qol.Az-ın «Sadıq Sadıqovun sənə çox yaxşılıq etdiyini dedin. Bu mənada, «Neftçi»dən təklif gəlsə, yenidən köhnə komandana qayıdarsanmı» sualına R.Sadıqovun cavabı belə olub: «Unutmayın ki, «Qarabağ» komandası da mənə çox yaxşılıq edib. Sadıq müəllimlə şəxsi münasibətlərimiz həmişə yaxşı olub. Amma mən müqaviləylə «Qarabağ»a məxsusam. Burada oynamaq mənə çox xoşdur. Bu mənada, başqa komandaya keçmək barədə fikirləşmirəm».
2-ci liqada 3 oyun
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video