«Neftçi»nin baş məşqçisi Vaqif Sadıqov hesab edir ki, Sadıq Sadıqovun klubun yeni prezidenti seçilməsi komandaya yeni nəfəs gətirəcək. Qol.Az-ın müxbiri ilə söhbətində V.Sadıqov bildirib ki, komandanın üzvləri və məşqçi korpusu son rəhbər dəyişikliyini normal qarşılayıb: «Klubun keçmiş prezidenti Əkbər Hacıyev Sadıq Sadıqovu komanda üzvlərinə təqdim edərkən bildirdi ki, işlərinin çoxluğuyla əlaqədar bu vəzifəsindən gedir. Amma eyni zamanda həmişə «Neftçi»yə dəstək olacağını söylədi».
V.Sadıqov bu həftənin şənbə günü Zaqatalada «Simurq»la keçiriləcəkləri oyunla bağlı da fikirlərini söyləyib: «Bu görüş bizim üçün mühüm əhəmiyyət daşıyır. Hazırda komandanın üzvlərində yorğunluq var. Hələ də 18 nəfərlik heyəti müəyyənləşdirə bilmirik. Düzdür, futbolçuların əhval-ruhiyyəsi çox yaxşıdır. Amma komandanın bəzi futbolçularının zədəli olması bizi narahat edir. Onların bəziləri oyunlara hələ də iynə altında çıxırlar. Bununla belə, bizim həmişə bir prinsipimiz olub - hər bir oyun bizim üçün son oyun qədər əhəmiyyətlidir. «Simurq»la oyun «altılıq»da mövqeyimizi daha da gücləndirmək baxımdan vacibdir. Futbolçular da bunu gözəl anlayırlar. Çünki komanda çətin vəziyyətdədir. «Simurq»la oyundakı uğurlu nəticə bizim üçün çox mühümdür».
V.Sadıqov qış transfer siyasətilə bağlı fikirlərini də deyib: «İndiki halda zədə səbəbindən 18 nəfəri hələ də bir yerə yığa bilmiriksə, komandadan kiminsə çıxarılmasından söhbət gedə bilməz. «Neftçi»yə yeni futbolçular cəlb etmək və komandada rəqabət yaratmaq fikrindəyik».
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya