Sadıq Sadıqov «Neftçi»nin prezidenti kimi ilk müsahibəsini Qol.Az saytına verdi
- Sadıq müəllim, öncə «Neftçi»nin prezidenti olmağınız münasibətilə sizi təbrik edirik.
- Təşəkkür edirəm. Sizin də bildiyiniz kimi, bu gün «Neftçi» komandasında bəzi problemlər var. Komanda çempionatda azarkeşlərin istədiyi səviyyədə çıxış etməyib. Bəli, mən də anlayıram ki, çox çətin və məsuliyyətli işin altına girmişəm. Bizim birinci məqsədimiz «flaqman» adını «Neftçi»yə qaytarmaqdır. Ümidvaram ki, aparacağımız işlərin nəticəsində «Neftçi» əvvəlki illərdə olduğu kimi, çempionatda uğurlu çıxışlarını bərpa edəcək və ölkəmizin öndə gedən klubuna çevriləcək. Yaxın bir-iki ayda komandada böyük işlər həyata keçiriləcək.
- Bu böyük işlərin tərkibinə kadr islahatları da daxildirdirmi?
- Yox, belə bir niyyətim yoxdur. Mən heç vaxt kadr dəyişikliyi etməmişəm, bundan sonra da etməyəcəyəm. «Neftçi» Peşəkar Futbol Klubunda və «Neftçi» İdman Sağlımlıq Mərkəzində çalışan peşəkar və intellektual insanların potensialından istifadə edib komandamızı düşdüyü bu vəziyyətdən çıxarmağa çalışacağıq.
Düzdür, bu gün Misir Əbilovun bizim komandaya vitse-prezident vəzifəsinə gətiriləcəyi barədə xəbərlər yayılıb. Amma belə bir şey yoxdur. Ümumiyyətlə, başqa bir komandanın prezidenti necə gəlib bizim komandada vitse-prezident ola bilər? Misir Əbilovla tanışlığımız var, tədbirlərdə rastlaşmışıq. Lakin onun komandamıza gələcəyi ilə bağlı məlumatlar doğru deyil.
Bir də axı, «Neftçi»də mənə qədər rəhbərlikdə dəyişiklik təxminən iki ay əvvəl edilmişdi. Komandaya yeni vitse-prezident və baş məşqçi gəlib. Vaqif Sadıqova şans verilməlidir ki, istədiyi komandanı yarada bilsin və «Neftçi»ni irəli aparsın. Çünki bir daha deyirəm, «Neftçi» bu vəziyyətə düşməyə layiq komanda deyil.
- Qarşıdan qış fasiləsi gəlir. Yəqin ki, artıq yaxın günlərdə transferlərlə bağlı müəyyən qərarlar verəcəksiniz.
- Mən komandaya hələ bu gün gəlmişəm. «Neftçi»ylə bağlı müəyyən planlarımız var. İşləri qurmazdan əvvəl onu incəliyinə qədər müzakirə etmək lazımdır. Bəli, müəyyən transferlər olacaq. Əsasən yerli oyunçulara üstünlük verəcəyik. Komandaya əvəzedici heyətdən də futbolçular cəlb edə bilərik.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video