“Neftçi”nin müdafiəçisi Suat Ustanın Qol.Az saytına müsahibəsi
- Suat, öncə komandanızın “Standard”la dünənki oyunu haqda fikirlərini bilmək istərdik.
- “Neftçi”yə yaraşan oyun oynadıq. Qalibiyyət bizim üçün mühüm idi. Amma əsas odur ki, komanda ruhunu ortaya qoya bildi. Bir çox zədəli və xəstə oyunçumuzun olmasına baxmayaraq, 2:0 hesabı ilə qalib gəldik.
- Şəxsən sən komandanın oyunundan razı qaldın?
- Məncə, komanda adına yaxşı oyun nümayiş etdirdik. Bununla belə, mən “Neftçi»nin bundan qat-qat yaxşı oyun nümayiş etdirə biləcəyinə inanıram. Deyə bilmərəm ki, “Standard”a qarşı pis oynadıq. Əksinə yaxşı oynadığımız qənaətindəyəm.
- “Standard” necə təsir bağışladı?
- Vallah, “Standard” sonuncu pillədə olmasına baxmayaraq, heç də pis komanda deyil. Orta xətdə və hücumda yaxşı təsir bağışlayırdılar. Ümumiyyətlə, keçən ilin oyunlarıyla müqayisə edəndə, bu il çempionat daha güclü keçir. Əvvəlki kimi asan qələbə qazanmaq mümkün deyil. İstənilən komandayla oyunda xal itirə bilərsən.
- Qələbədən sonra komandanız turnir cədvəlinin dördüncü pilləsinə qalxdı.
- Bu matça kimi son dörd matçın yalnız birində qalib gələ bilmişdik. Əlbəttə, bu, “Neftçi”nin adına layiq bir nəticə deyildi. Son oyundan öncə komandayla birgə toplantı keçirdik. Klubumuzun prezidenti Əkbər müəllim də iclasa qatıldı. Bizimlə söhbətində komandanın bu yerlərdə olmasını yaxşı bir hal kimi qiymətləndirmədi. Təbii ki, oyuna çıxıb mütləq qalib gəlmək istəyirdik. Bunu etdiyimiz üçün çox sevincliyik.
- Növbəti matçda “Simurq”la qarşılaşırsınız.
- Bu, bizim üçün ölüm-dirim matçı olacaq. “Simurq” “altılığa» düşə biləcək komandalardandır. Bu səbəbdən, bu matçda qazanılacaq xallar “qızıl xallar” olacaq. Zaqatalaya yüksək əhval-ruhiyyədə gedəcəyik.
- “Simurq”la oyunda bir xal sizi qane edəcək?
- Yox, biz ancaq bu görüşə üç xal qazanmaq üçün çıxacağıq.
- “Simurq”u öz meydanında məğlub etmək çox çətindir.
- Təbii ki , mən “Simurq”u zəif rəqib adlandırmazdım. Hər bir komanda yaxşı ola bilər. Ancaq unutmayaq ki, çempion bir komanda olacaq. Biz çempionluğa oynadığımız üçün evdə, yaxud səfərdə çıxış etməyimizin bir fərqi yoxdur.
- Suat, azarkeşlərlə aran necədir?
- Mənim azarkeşlərlə, azarkeşlərin də mənimlə arası yaxşıdır. Adamın üstündə Allah var. Ümumiyyətlə, son zamanlar tək “Neftçi” yox, bütün klubların oyunlarına xeyli azarkeş gəlir. “Neftçi”nin səfər oyunlarına çox vaxt iki avtobus azarkeş gedir. Bütün bunlar bizi sevindirir. Azarkeşlərin dəstəyini arxamızda hiss etmək bizə əlavə güc verir. “Neftçi” azarkeşləriylə mənim münasibətlərim çox yaxşıdır və bu belə də olmalıdır. Çünki biz bir ailənin üzvləriyik.
- Bayaqkı sualı təsadüfən vermədim. “Qəbələ” ilə matçdan sonra “UltrAslan” dərnəyinin üzvləri ilə aranda münaqişə olduğu deyilir.
- “UltraAslan”? “UltraAslan” “Neftçi”nin azarkeş qrupudurmu?
- Yox, sadəcə, onlar “Neftçi” və bir sıra digər komandanın oyunlarında azarkeşlik edirlər. Həmin “UltrAslan” dərnəyinin üzvləri arasında “Neftçi” klubunun da azarkeşləri var.
- Sənə bir sual verim. Səncə, mən “Fənərbaxça” stadionuna “Neftçi” formasıyla getsəm, bu, necə qarşılanar? Sən mənə “Neftçi” azarkeşləri ilə münasibətimi soruşdun. Mənim kimləsə bir söhbətim düşübsə, bunu «bütün azarkeşlərlə aram pisdir» deyə qələmə almaq olmaz. Türkiyədə 35 min insanın 100-ü nəsə qışqırırsa, bunu bütün 35 min insanın adına yazmaq olmaz. Əslində “UltraAslan”la da bizim bir problemimiz yoxdur.
- Həmin vaxt aranızda nə baş vermişdi ki?
- Düzü, xatırlamadığım üçün bu haqda geniş danışmaq istəmirəm. Mən heç vaxt “Neftçi”nin adına xələl gətirəcək hərəkət edə bilmərəm. Çünki mən hansı komandanın formasını daşıdığımın fərqindəyəm. Suat Usta deyil, lap Kriştiano Ronaldo gəlib «Neftçi»də oynasa belə, onun adı “Neftçi”nin adından böyük ola bilməz. Bilirsiniz, bu hadisədən “Neftçi”nin əleyhinə istifadə etmək istəyən qüvvələr var.
- Bir zamanlar “Qalatasaray”da birgə çıxış etdiyiniz Bülənt Qorxmaz indi “Bakı”nın baş məşqçisidir. Qorxmaz Bakıya gəldikdən sonra görüşə bilmisiniz?
- Açığı, o qədər məşğuluq ki, heç görüşmək imkanım olmayıb. Amma yəqin ki, yaxın günlərdə oturub bir yemək yeyəcəyik. Qorxmaz mənim həm komanda yoldaşım, həm də kapitanım olub. Bizə rəqib olan əsas komandanın baş məşqçisi olmasına baxmayaraq, onunla görüşməyimdə qəbahətli nəsə yoxdur. "Bakı"dan Tunc Afşarla isə ara-sıra görüşürük.
Nəriman Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi
Eminin "Neftçi"yə qələbə qazandıran qolu - Video
Laportanı fırıldaqçılıqda ittiham etdi
"Desələr “Qarabağ”la oynayın, oynayacağıq" - Yuri Vernidub
Qvardiola onu ən yaxşı baş məşqçi adlandırdı
“Neftçi” "Qəbələ"yə, "Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Karyeramın ən ağır mövsümü ilə üz-üzəyəm"
Karvaxal "Real"dan gedir?
"Turan Tovuz" ukraynalı futbolçunu transfer etdi
Ramazan bayramına görə matçların vaxtı dəyişdirildi
"Milan"a keçidi baş tutmayan Mateta əməliyyatdan imtina etdi
Penalti nöqtəsini qazdı, rəqib qol vura bilmədi - Video
"Real" imtina verdi, "Mançester Siti" fürsəti qaçırmadı
"Əl-Nəsr" Ronaldonun tələblərini yerinə yetirməyə başladı
Qurban Qurbanov: “Nəriman özündə deyildi, getməsi lazım idi”
"Neftçi" - "Qəbələ": Heyətlər
Ayxan Abbasov: “Məncə, Bəhlulun epizodu ikinci “sarı” idi”
Sən neylədin, Montiel! - Video
Luçesku xəstəxanadan evə buraxıldı
Tomas Tuhel "Nyukasl"ı çalışdıra bilər
Qurban Qurbanov meydanı qardan təmizləyir - Özəl video
“Şamaxı” – “Qarabağ” oyununun saatı dəyişdirildi
Cek Qriliş üçün mövsüm erkən başa çatdı
"Şamaxı" - "Qarabağ": Heyətlər açıqlandı
"Neftçi" braziliyalı oyunçu transfer etdi
Mourinyo Portuqaliya millisini çalışdıra bilər
"Şamaxı" - "Qarabağ" matçı təxirə salınır? - Video
“Qarabağ” Nərimanın ABŞ klubuna transferini açıqladı
Zaur Axundov barədə ev dustaqlığı həbs qərarı
"Fənərbaxça"nın qələbəsi - Video
Salah üçün fantastik təklif: Üçqat maaş
Aktürkoğlundan dubl, Taliskadan qol
Maaşı azaldılan Dibala vətəninə qayıda bilər
"Turan Tovuz" "Karvan Yevlax"ı belə məğlub etdi - Video
Arda Güler tənqid hədəfinə tuş gəldi
"Tottenhem"in futbolçusu sıradan çıxdı
"Kim güclü olacaqsa, o da oynayacaq" - Kurban Berdiyev
Ronaldo boykotu dayandırdı: Klub onun şərtlərini qəbul etdi
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"İmişli" - "Kəpəz" matçından - Video