Almeydanın yeni komandası bəlli oldu

Almeydanın yeni komandası bəlli oldu
DÜNYA FUTBOLU 16 Yanvar 2016 / 10:58 9303
-  A +

"Beşiktaş"ın sabiq futbolçusu Üqo Almeydanın yeni komandası müəyyənləşib.

Qol.Az-ın "Kicker"ə istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Son olaraq Rusiyanın "Anji" klubunda çıxış edən 31 yaşlı futbolçu "Hamburq"la 2017-ci ilin iyun ayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Almeyda karyerası ərzində "Portu", "Verder", "Beşiktaş" və "Çezena" kimi klubları oynayıb.


Son xəbərlər