Bakının "İnter"inin rəhbərliyində dəyişiklik baş verib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "İnter" Peşəkar İdman Klubunun Müşahidə Şurasının qərarı ilə Rəşad Qasımov klubun prezidenti vəzifəsinə təyin olunub.
Klubun rəhbərliyi əvvəlki prezident Georgi Nikolova "İnter" PİK-in inkişafında göstərdiyi xidmətlərə və əldə olunmuş nailiyyətlərə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
"Report" agentliyinin yaydığı məlumata görə, "İnter"in yeni prezidenti R.Qasımov bundan öncə Azərbaycan Beynəlxalq Bankı Mühasibatlıq və Büdcə Departamentinin direktoru vəzifəsində çalışıb.

“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”