"Qarabağ"ın futbolçusu Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin rəmzi komandasına düşüb.
Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytının rus redaksiyasının tərtib etdiyi siyahıya Ağdam təmsilçisinin braziliyalı legioneri də daxil edilib.
Keçmiş SSRİ respublikalarından olan komandalarda çıxış edən futbolçular və legionerlərin qərarlaşdığı siyahıda Almeyda ilə yanaşı, Moskva "Lokomotiv"inin Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov və "Borussiya"nın (Dortmund) klubunun erməni hücumçusu Henrik Mxitaryan da yer alıb.
Avropa Liqasında "Qəbələ" ilə eyni qrupda mübarizə aparan "Krasnodar"ın çalışdırıcısı Oleq Kononov rəmzi komandanın baş məşqçisi seçilib.
Qapıçı: Andris Vanin (Latviya, "Sion")
Müdafiəçilər: Andreas Qrankvist (İsveç, "Krasnodar"), Elmir Nabiullin (Rusiya, "Rubin"), Raqnar Klavan (Estoniya, "Auqsburq")
Yarımmüdafiəçilər: Pavel Mamayev (Rusiya, "Krasnodar"), Odil Əhmədov (Rusiya, "Krasnodar"), Henrik Mxitaryan (Ermənistan, "Borussiya" Dortmund), Riçard Almeyda (Braziliya, "Qarabağ"), Aleksandr Səmədov (Rusiya, "Lokomotiv")
Hücumçular: Bay Umar Niasse (Seneqal, "Lokomotiv" Moskva), Yevgeni Seleznyov (Ukrayna, "Dnepr")
Baş məşqçi: Oleq Kononov (Belarus, "Krasnodar")
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”