“Styaua”nın rəsmisi: “Ruslan Abışov adlı futbolçu tanımırıq” (EKSKLÜZİV)

“Styaua”nın rəsmisi: “Ruslan Abışov adlı futbolçu tanımırıq” (EKSKLÜZİV)
ÖLKƏ FUTBOLU 14 Dekabr 2009 / 14:36 2961
-  A +

Rumıniyanın “Styaua” klubu millimizin və “Neftçi”nin müdafiəçisi Ruslan Abışovla maraqlanması barədə Azərbaycan mətbuatında yayılan xəbərləri təkzib edib. Bu haqda Qol.Az-a eksklüziv açıqlamasında Buxarest klubunun baş meneceri Basarab Panduru məlumat verib: “Dünən jurnalistlərlə görüşümdə də mənə bu haqda sual verildi. Mən isə cavabımda dedim ki, bu, mətbuatın uydurmasıdır. Bizim baş məşqçimiz heç Ruslan Abışov adlı futbolçu tanımır. Ümumiyyətlə, biz transfer məsələlərində heç vaxt maraqlandığımız futbolçularla bağlı şərh vermirik, onların adlarını mətbuata açıqlamırıq”.

 

 


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi