Zeynal Məmmədov: «O, buraxdığı səhvlərdən nəticə çıxarıb»

Zeynal Məmmədov: «O, buraxdığı səhvlərdən nəticə çıxarıb»
ÖLKƏ FUTBOLU 12 Dekabr 2009 / 14:28 2334
-  A +

«Bakı» klubu bu komandanın iştirakı ilə sabah «Simurq»a qarşı keçiriləcək matça həm də çimərlik futbolunda hakimlik edən Əfqan Həmzəyevin təyinatına hörmətlə yanaşır. Bu barədə Qol.Az-a «Bakı»nın baş meneceri Zeynal Məmmədov məlumat verib. Xatırladaq ki, bu yaxınlarda, konkret olaraq, noyabrın 29-da «Bakı» - «Xəzər Lənkəran» oyununda da Ə.Həmzəyev hakimlik etmişdi. Həmin qarışlaşmadan sonra Azərbaycan çempionunun baş məşqçisi Bülənt Qorxmaz Əfqan Həmzəyevin idarəçiliyindən narazı qaldığını, ümumiyyətlə, çimərlik futbolunda hakimlik edən birisinin premyer-liqanın oyunlarına da təyinat almasından təəccübləndiyini ifadə etmişdi. Zeynal Məmmədov isə bildirib ki, onlar Əfqan Həmzəyevin qərəzli hakimlik etməyəcəyinə ümid bəsləyirlər. «Hakim səhv edə bilər, amma gərək qərəzli olmasın. Ümid edirik ki, Əfqan bizim komandanın iştirakıyla keçirilən oyunlarda buraxdığı səhvlərdən nəticə çıxarıb. İnanmaq istərdim ki, o, sabahkı matçı daha ədalətlə və məsuliyyətlə idarə edəcək».

Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi