Dünən keçirilən «Qarabağ» - «Muğan» oyunu zamanı Ağdam klubunun iki futbolçusu - Fərhad Vəliyev və Zaur Həşimov arasında mübahisə yarandı. Qol.Az məsələyə aydınlıq gətirmək üçün hadisənin səbəbkarlarından biri - Fərhad Vəliyevə müraciət edib.
- Fərhad, ilk öncə ondan başlayaq ki, dünən üç oyunluq cəzadan sonra «Qarabağ»ın heyətində yenidən meydana döndün. Amma bu dönüş daha çox komanda yoldaşın Zaur Həşimovla aranızdakı mübahisiylə yadda qaldı.
- Mən mətbuatın baş verən olayla bağlı iradını qəbul edirəm və söz verirəm ki, bir daha belə hadisələr yaşanmayacaq.
- Həmin epizodu canlı yayımda da görmək mümkün oldu. Amma yenə o anın üzərinə qayıtmaq pis olmazdı. Zaurla aranızda nə baş verdi?
- Mən bu olayın üzərində çox dayanmaq istəməzdim. Yalnız onu deyim ki, aramızda söyüş-filan olmadı. Ani bir gərginlik yarandı və mən də qəflətən hirsləndim.
- Bu hadisədən bir neçə dəqiqə sonra komandalar fasiləyə çıxdı. Aranızdakı gərginlik yenə davam etdi?
- Yox. Komanda yoldaşlarımızın da müdaxiləsilə bir-birimizi sakitləşdirdik. İndi aramızda heç bir problem qalmayıb.
- Bir sualla da bu məsələyə nöqtə qoyaq. Kənardan belə görsəndi ki, gərginliyi sən yaratmısan. Zaur Həşimov hansısa səhvə yol vermişdi?
- Xeyr. Səhvdən söhbət getmirdi. Sadəcə, o, mənə aqressiv şəkildə nəsə dedi, mən də əsəbiləşdim. Olur də, futboldur. Bəzən, əsəblərimizi cilovlaya bilmirik.
- 3 oyunluq fasilədən sonra yenidən meydana qayıtdın. Bir müddət oynamadığına görə çıxışında hansısa dəyişiklik hiss edirdin?
- Yox, elə bir ciddi dəyişiklik yox idi. Son 3 turda meydana çıxmasam da, məşqlərdə bütün gücümlə çalışırdım. Formamı qorumaq üçün əlimdən gələni edirdim. Ona görə də elə bir dəyişiklik olmadı. Həmişəki kimi komandamın uğurlu çıxışı üçün əlimdən gələni etdim. Öz oyunumu sərgilədim.
- Ötən mövsümdə zədəli olduğun bir görüşdə “Qarabağ”ın qapısını Sahil Kərimov qoruyurdu. Lakin həmin vaxt Sahil müəyyən səhvləriylə yadda qalmışdı. Təcrübəli qolkiper kimi Sahilin budəfəki çıxışı haqda nə deyə bilərsən?
- Fikrimcə, Sahil bu dəfə işinin öhdəsindən çox yaxşı gəldi. O çox təcrübəli qapıçıdır. 3 oyunun hamısında da özünü yalnız yaxşı tərəfdən göstərdi. Məhz bu 3 oyunun ikisində komanda qalib gəldi, birində isə heç-heçə oynadı, 7 xal yığdıq. Sahilin budəfəki çıxışında gərginlik yox idi. O, ümidləri doğrultdu.
- “Muğan” üzərində qazanılan qələbədən sonra “Qarabağ” çempionatın vahid liderinə çevrildi. Necə düşünürsən, liderliyi sonadək qorumaq mümkün olacaq?
- Düzdür, dünənki qələbə sayəsində birinciliyi ələ keçirdik. Buna görə hamımız çox sevinirik. Lakin mən deyərdim ki, əsas mübarizə bundan sonra başlayır. Liderlik bizim məsuliyyətimizi daha da artırdı. Zirvədəki yerimizi qorumaq çətin olacaq. Amma biz əlimizdən gələni edəcəyik ki, çempionatın sonunda elə zirvədə məhz “Qarabağ” qərarlaşsın.
18 ildən sonra
Jardim istefa verdi
2-ci liqada 3 oyun
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər
"Qalatasaray" 3 futbolçusu ilə yollarını ayırır
İbrahimoviçdən Olimpiya mesajı gəldi
“İmişli” - “Karvan-Yevlax” matçından - Video
"Bavariya"nın kapitanı sıradan çıxdı
Komanda ardıcıl uduzdu, baş məşqçi istefaya göndərildi
"Neftçi" - "Sumqayıt": Heyətlər
Tanınmış futbolçu təyyarədə kobudluq etdi - Video
Saatlıda 5, Şəmkirdə 1 qol, Lökbatanda oyun baş tutmadı
"Bavariya" Noyeri itirdi
"Matçın ədalətli nəticəsi bərabərlik idi" - Füzuli Məmmədov
"Milan"da yeni müqavilə
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın legioneri milliyə çağırıldı
"İmişli" - "Karvan Yevlax": Heyətlər
"Qarabağ" qışda yeni transferlər edəcək? - Açıqlama
"Biz yıxılarıq, durarıq, amma sınmarıq" - Qurban Qurbanov
"Liverpul" danışıqlara başladı
Qurban Qurbanova ilin məşqçisi mükafatı təqdim edilib
Messinin rekordunu qırdı
Azərbaycan çempionatlarında tarixi oyun
Zubirin yubiley oyunu