“Turan”ın baş məşqçisi Nizami Sadıqov Qol.Az saytına müsahibə verib.
- Dünən “Neftçi”ylə oyunsonrası keçirilən mətbuat konfransında niyə iştirak etmədiniz?
- Özümü çox pis hiss edirdim. Danışmağa halım yox idi. Bu səbəbdən də özüm mətbuat konfransında iştirak edə bilmədim. Məni mətbuat konfransında köməkçim Sakit Alıyev əvəzlədi.
- Mətbuat konfransında iştirak etmədiyinizə görə sizi cərimə gözləyir. Bundan xəbəriniz var?
- Mən mətbuat konfransında bilərəkdən iştirak etməmişəm axı. Həkim bildirdi ki, təzyiqim var. Məhz bu səbəbdən jurnalistlər önünə çıxa bilmədim. Yəni tutarlı səbəb var idi.
- Amma PFL-dən bizə bildirdilər ki, baş məşqçi mətbuat konfransına iştirak etmirsə o, 57-ci maddəyə əsasən min manat cərimələnəcək. Hansı səbəbdən iştirak etməməyinizin elə bir önəmi yoxdur.
- Nə deyim vallah? Elədirsə, deməli, cəriməyə məruz qalacağam. Nə edə bilərəm ki? Amma bir daha təkrarlayıram ki, mən tutarlı səbəbə görə orada iştirak edə bilmədim.
- Yəqin ki, komandanızın uduzması sizə pis təsir etdi.
- Əlbəttə, komanda 2:0 hesabda irəlidə olsa da, bu üstünlükdən yararlana bilmədi.
- Qarşılaşmadan sonra “Turan”ın “Neftçi”yə bilərəkdən uduzduğu deyilir.
- Mən də sizə belə sual verirəm. “Neftçi”ylə “Turan” arasında nə qədər fərq var?
- Fərq əlbəttə ki, böyükdür. Amma dəfələrlə şahid olmuşuq ki, bəzən maliyyə və ya ayrı-ayrılıqda futbolçuların ustalıq səviyyəsi heç də həlledici rol oynamır.
- Düzdür, bu belədir. Amma bugünkü gündə “Neftçi”ylə “Turan”ı tərəzinin bir gözünə qoymaq olmaz.
- “Turan”ın qəsdən uduzması haqda nə deyə bilərsiniz?
- Bu, yalandır. Biz heç vaxt belə şeyə getməmişik, bundan sonra da getmərik. “Turan” hər zaman təmiz futbolun tərəfdarı olub. Bu söz-söhbətləri yayanlar bizi istəməyənlərdir. Başa düşə bilmirəm ki, onların belə söz-söhbət yaymaqda məqsədləri nədir? Bu cür insanlar bizi gözdən salmağa çalışırlar.
- Kimləri nəzərdə tutursunuz?
- Onların kim olduqlarını mən heç özüm də bilmirəm. Amma bir şeyi dəqiq bilirəm ki, həmin insanlar bu cür söz-söhbətləri yaymaqla “Turan”ın adını ləkələmək istəyirlər. Amma onlar öz istəklərinə çata bilməyəcəklər.
- Bəlkə sizin xəbəriniz olmadan komandanızın bəzi futbolçuları oyunu satıblar?
- Yox, belə şey ola bilməz. Bu, mümkün deyil. Mən bu cür futbolçunu heç bir gün də komandada saxlamaram. Mən oyunçularıma inanıram.
- Araşdırma aparmaq fikriniz var?
- Araşdırma deyəndə ki, oyunun videoyazısına baxacağıq. Diqqət yetirəcəyik görək ki, kim harada, hansı səhvi edib. Biz onsuz da hər dəfə oyunlardan sonra bu cür təhllillər aparıb, səhvə yol verən futbolçuları cəzalandırırıq.
- Həmin oyunçuları hansı şəkildə cəzalandırırsınız?
- Onlara maddi baxımdan cərimələyirik. Eyni zamanda qarşılaşmanı aşağı səviyyədə keçirən futbolçular növbəti dəfə heyətdən kənarda qalırlar.
- “Neftçi” ilə oyuna görə analoji üsulla hansısa futbolçunu cəzaladırmağınız mümkündür?
- Ola bilər. Amma gərək ilk növbədə oyunu yenidən izləyim. Yalnız bundan sonra sizin sualınıza cavab verə bilərəm. Lakin hansısa futbolçunu cəalandırsaq, bu o demək deyil ki, o, qəsdən oynamayıb.
- Oyunun gedişində azarkeşlər futbolçuları açıq şəkildə təhqir edirdilər. Buna münasibətiniz necədir?
- Mən həmin insanları “Turan”ın həqiqi fanatı hesab etmirəm. Bu, mədəniyyətsiz insanlara xas olan bir xüsusiyyətdir. Futbolçu da insandır, o da səhv edə bilər. Onu söymək lazım deyil. Söyüş söyən insan öz mədəniyyətini nümayiş etdirir.
- Eyni zamanda qarşılaşmadan sonra azarkeşlər stadionun oturacaqlarını da sındırdılar.
- Düzdür, belə hal oldu. Lakin bu kütləvi halda baş verməyib. 2-3 nəfəri isə komandanın bütün azarkeşləri hesab etmək olmaz. Yalnız 5-6 oturacaq qırılıb.
- Statistikaya diqqət yetirsək, görərik ki, “Turan” birinci hissədə çox yaxşı oynayır. Əgər futbol 90 deyil, 45 dəqiqədən ibarət olsaydı, o zaman bu gün “Turan” çempionatın vahid lideri olardı. Nəyə görə komandanız əksər oyunlarda ilk yarıda qazandığı üstünlüyü fasilədən sonra əldən verir?
- Sözünüzdə həqiqət var. Dediyiniz kimi, futbol 45 dəqiqə oynanılsaydı, biz bu gün lider olardıq. Komandanın ikinci hissədə zəif oynamasının səbəbi var. Çünki komanda fiziki cəhətdən çatdırmır. “Qarabağ”, “Simurq” və “Neftçi”ylə oyunlarda komanda məhz bu səbəbdən uduzdu.
- Məgər “Turan”da fiziki hazırlıq üzrə məşqlər keçirilmir?
- Əlbəttə keçirilir. Lakin biz komandanı çempionatın başlanmasına cəmi 12 gün qalmış yığdıq. Bu səbəbdən də oyunçuların fiziki durumu istənilən səviyyədə deyildi. Ardınca isə mövsüm başladı və komanda oyunlar keçirdi. Buna görə də futbolçulara fiziki cəhətdən istədiyimiz hazırlığı keçə bilmədik. Amma qışda, çempinatda fasilə yaranarkən bu boşluğu aradan qaldıracağıq.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı