“Do you like this game?”

“Do you like this game?”
ÖLKƏ FUTBOLU 5 Dekabr 2009 / 18:12 2385
-  A +

Milli komandamızın baş məşqçisi Berti Foqts cüdoya da maraq göstərir. Qol.Az-ın məlumatına görə, “Standard” - “Bakı” oyunundan sonra almaniyalı mütəxəssis təxminən 5-10 dəqiqə məhz bu idman növü üzrə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun idman zalında azyaşlı uşaqlar arasında keçirilən turnirə tamaşa edib. Foqtsun cüdoya maraq göstərdiyini görən “Standard”ın prezidenti Emil Babayev isə almaniyalı məşqçinin yanından keçərkən ona “Do you like this game?” (Siz bu oyunu xoşlayırsınız?) sualını ünvanlayıb. Lakin almaniyalı mütəxəssis bu sualı cavabsız qoyub.

Son xəbərlər
18.03.25  16:16

Van Deyk ABŞ-ı seçdi