Azərbaycan futbolunda təmsil olunan bu şəxslərin bir çoxu vaxtilə aralarındakı isti münasibətə görə çoxlarına nümunə olublar. Amma müəyyən bir zamandan sonra onların arasında ya münaqişə yaşanıb, ya da münasibətlər soyumağa doğru gedib...
Qol.Az saytının «Azərbaycan futbolunun küsülüləri» adı altında verəcəyi silsilə yazılarda kimin-kiminlə münasibətlərinin pozulduğundan siz də xəbər tuta biləcəksiniz…
ŞAHİN DİNİYEV - RƏŞAD SADIQOV
Hər şey 2006-cı ildə Kiyevdə keçirilən Ukrayna - Azərbaycan oyunundan sonra başladı. O zaman millinin baş məşqçisi olan Şahin Diniyev başda Rəşad Sadıqov olmaqla bir neçə aparıcı futbolçunu 0:6 hesabı ilə başa çatan matçda qəsdən oynamamaqda suçladı. Bundan sonra R.Sadıqov bir daha Şahin Diniyevin rəhbərlik etdiyi milliyə dəvət edilmədi. Hətta AFFA-nın o vaxtkı prezidenti, mərhum Ramiz Mirzəyevin iş otağında Diniyevlə Sadıqovu barışdırmaq cəhdi də baş tutmadı. Rəşad Sadıqov ötən il Qol.Az saytına verdiyi müsahibədə «Şahin Diniyevə heç vaxt halallıq verməyəcəyəm» deməklə münasibətlərinin hələ də gərgin olduğuna işarə vurdu.
VAQİF SADIQOV - ƏSGƏR ABDULLAYEV
Azərbaycan futbolunun bu iki ünlü siması 1990-cı illərin ortalarında bir-birilə mənəvi qardaş kimiydilər. Bir neçə klubda bərabər çalışan iki mütəxəssis Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət milli komandasında birgə çalışarkən neçə-neçə istedadlı futbolçunu üzü çıxardı. Amma məşhur «iki qoçun başı bir qazanda qaynamaz» ifadəsi gec-tez onların da münasibətlərində təsdiqləndi. Hərçənd, bunun əsl səbəbləri indinin özündə də çoxlarına müəmmalı qalır. Nə Sadıqov, nə də Abdullayev bu mövzuda danışmaqda həvəslidirlər. Bilinən odur ki, Vaqif Sadıqov 1990-cı illərin sonlarında qeyri-rəsmi olaraq AFFA-nın komandası hesab edilən «Şəfa»dan çıxarıldıqdan və onun yerinə Əsgər Abdullayev gətirildikdən sonra iki məşqçinin onsuz da soyumaqda olan münasibətləri daha da gərginləşməyə başladı… O vaxtdan hər iki məşqçi arasında soyuq münasibət davam edir.
XAQANİ MƏMMƏDOV - TAHİR SÜLEYMANOV
Müstəqil Azərbaycan futbolunun hakimlik məktəbinin parlaq nümayəndələri. 1998-ci ildə AFFA-nın o zamankı prezidenti Fuad Musayevin birbaşa göstərişi ilə FİFA referisi Tahir Süleymanov «normativi tələb olunan səviyyədə yerinə yetirməmək» adı ilə hakimlikdən uzaqlaşdırıldı. T.Süleymanov özü isə o zaman bildirirdi ki, o, qardaşı Məzahir Süleymanzadəyə görə hakimlikdən çıxarılıb. T.Süleymanov bu hadisəyə görə F.Musayevlə yanaşı AFFA-nın Hakimlər Komitəsinin o vaxtkı və indiki sədri Xaqani Məmmədovu da ittiham edirdi. Halbuki buna qədər onların da isti münasibətləri vardı. X.Məmmədov da T.Süleymanovun ittihamlarını cavabsız qoymurdu. Hər iki şəxs indi də Azərbaycan futbolunda önəmli vəzifə tutsa da, yenə də küsülü olaraq qalırlar.
FUAD MUSAYEV - MƏZAHİR SÜLEYMANZADƏ
Fuad Musayevin rəhbərliyi dönəmində AFFA-nın mətbuat xidmətinə başçılıq edən Məzahir Süleymanzadə vəzifəsindən çıxarılsa da, yalnız qardaşı Tahir Süleymanov hakimlikdən kənarlaşdırıldıqdan sonra, 1998-ci ildən qurumun şefinə qarşı sərt ittihamlarla çıxış etməyə başladı. Sonradan M.Süleymanzadə Füad Musayevə qarşı yaranan müxalif cəbhənin önəmli simalarından birinə çevrildi.
İQOR PONOMARYOV - YUNİS HÜSEYNOV
Hazırda məşqçi olan bu iki şəxsin münasibətləri futbolçu kimi fəaliyyət göstərdikləri dövrdə korlanıb. Bakının «Neftçi» komandasında bir yerdə çıxış edərkən, 1988-ci ildə Ponomaryovun SSRİ-nin olimpiya yığmasına cəlb olunması ilə başlanan narazılıq bu günə qədər davam etməkdədir. Bir neçə ay öncə Yunis Hüseynov verdiyi müsahibədə əslində Seul olimpiadasına Ponomaryovun yox, onun aparılmalı olduğunu, lakin SSRİ Futbol İttifaqının ayrıseçkiliyə yol verdiyini iddia etmişdi.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı