"MTZ-Ripo"nun sabiq futbolçusu Elmar Xeyirovun Qol.Az-a blits müsahibəsi.
- Elmar, necəsən işlər necə gedir?
- Sağ olun, işlər pis deyil. Hazırda hələ ki, Bakıdayam.
- Karyeranı vətəndə davam etdirəcəksən, yoxsa, yenidən Belarusa qayıdacaqsan?
- Hələ bu haqda dəqiq bir söz deyə bilmərəm. Çünki, Belarusdan və Ukraynadan də təkliflər var. Menecerim bu işlərlə məşğul olur və tez-tez əlaqə saxlayırıq.
- Hazırda “Standard”ın düşərgəsində məşq edirsən və deyilənə görə, növbəti klubun da məhz Sumqayıt təmsilçisi olacaq.
- Yox, bu məsələyə bir daha aydınlıq gətirərək deyim ki, bu dəqiqə real olaraq “Standard”a keçmək söhbətim yoxdur. Mən sadəcə, bu klubun heyətində formamı qorumaq üçün məşq edirəm. Bununla bağlı klub məşqçilərinə istəyimi çatdırdım, sağ olsunlar, onlar da etiraz etmədlər. Amma bu, o demək deyil ki, artıq “Standard”la razılığa gəlmişik və bu klubun oyunçusuyam.
- Baş məşqçi Böyükağa Hacıyevlə görüşünüz olub?
- Bəli, Böyükağa müəllim məni komandasında görmək istəyir. Amma dediyim kimi, Ukrayna və Belarus klublarından da təklif aldığımdan ilk növbədə menecerimdən cavab gözləyirəm.
- Elə isə, yeni klubunun adı nə vaxt bilinəcək ?
- Hər halda, yaxın müddətdə bilinəcək.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video