Çempion öz meydanında biabır oldu

Çempion öz meydanında biabır oldu
PREMYER LİQA 29 Noyabr 2009 / 16:15 6176
-  A +

Bu gün keçirilən 4 qarşılaşma ilə Unibank Premyer Liqada XII tura yekun vuruldu. Qol.Az saat 14:00-dan etibarən XII turun son matçlardan canlı mətn-reportaj yayımladı.

29 noyabr (bazar)

"Bakı" - "Xəzər Lənkəran" 0:3 
T.Bəhramov adına Respublika stadionu
Hakimlər: Əfqan Həmzəyev, Elman Musayev, Orxan Məmmədov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Məlik Həsənov
Hakim-inspektor: Şahin Cəfərov

Oyun başa çatdı.

90+3. QOL. Svetkov üçüncü qolu "Bakı"nın qapısından keçirdi. Bir sözlə - BİABIRÇILIQ! 

90+2. QOL. "Xəzər Lənkəran" ikinci qolu vurdu. Mario Souza Şarliyanın irəli çıxdığını görüb, topu onun başı üzərindən qapıya göndərdi.  

90. Jabanın baş zərbəsi qapının üstündən keçdi.

87. Soliçin zərbəsi qapının üstündən keçdi.

86. Ruslan Poladov oyunu davam etdirə bilmədi. Onu Alim Qurbanov əvəzlədi.

85. Savinov sarı vərəqəylə cəzalandı.

81. "Bakı" hesabı bərabərləşdirməyə çox yaxın idi. Lakin Jabanın zərbəsini Kamran son anda tutdu.

78. Jabanın cərimə zərbəsi müdafiəçilərə dəyərək, küncə çıxdı.

77. Bülənt Qorxmaz meydana Bəxtiyar Soltanovu buraxdı. O, Ramimi əvəzlədi.

70. Boretsin zərbəsi qapıdan aralı keçdi.

65. "Bakı" topa daha çox yiyələnir. Lakin "Xəzər"in müdafiə xətti hələ ki keçirlməzdir.  

61. "Bakı"da növbəti dəyişiklik. Mihay Pankı Elvin Əliyev əvəzlədi.

60. Mario Souza sarı vərəqəylə cəzalandı.

58. "Bakı"da dəyişiklik. Ticanini Feliks əvəzlədi.

Şarliya cərimə meydançasında Mario Souzaya qarşı kobud oynadı. Bu səbəbdən hakim 11 metrlik cərimə zərbəsi təyin etdi.

57. QOL. "Xəzər Lənkəran" hesabı açdı. Svetkov penaltini dəqiq yerinə yetirdi.

54. Ticaninin zərbəsi qapıdan aralı keçdi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

45+1. Jaba qapıya istədiyi kimi zərbə endirə bilmədi.

39. Savinovun zərbəsi təhlükəli alındı.

36. Devran Ayhan sarı vərəqəyələ cəzalandı.

34. Boretsin zərbəsi qapıdan aralı keçdi.

31. Adamiyanın zərbəsi təhlükəli alındı.

30. Svetkovun cərimə zərbəsi təhlükəli alındı. Lakin top "çərçivə"yə düşmədi.

23. "Bakı" təhlükəli nöqtədən cərimə zərbəsi yerinı yetirdi. Lakin nə Soliçin, nə də Jabanın zərbəsi dəqiq alındı.

21. Savinov Rahid Əmirquliyevin qarşısını kəsdi.

20. İnanılmaz. Adamiya gözəl şansı qaçırdı. Gürcü futbolçu qapşçıyla təkbətək qalsa da, topa çox zəif zərbə vurdu. Adamiya qapıya qüvvətli zərbə vursaydı və ya Ticaniyə ötürmə versəydi, yəqin ki hesab açılacaqdı.

17. Todorovun cərimə zərbəsi qapıdan aralı keçdi.

15. "Xəzər Lənkəran " hesabı aça bilərdi. Əvvəlcə Şarliya Svetkovun qarşısını çətinliklə aldı. Daha sonra isə Mario Souza boş qapını dəqiq nişan ala bilmədi.

13. Fabio Luis Ramimin zərbəsi qeyri-dəqiq alındı.

10. "Xəzər Lənkəran"ın hücumu təhlükəli alındı. Lakin Kalinkovun fərqlənməsinə son anda müdafiəçilər mane oldular.

4. "Bakı"nın əks-hücumu təhlükəli alına bilərdi. Lakin Adamiya Soliçin ötürməsinə yetişə bilmədi.

2. Kalinkovun yerinə yetirdiyi cərimə zərbəsini müdafiəçilər uzaqlaşdırdılar.

Oyun başladı.  

 

"Karvan" - "İnter" 0:2 
Yevlax şəhər stadionu
Hakimlər:
Anar Salmanov, Roman Vasilyev, Aydın Ələkbərov, Əmrah İbrahimov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov

Bu qələbə sayəsində "İnter" yenidən zirvəyə qayıtdı.

Oyun başa çatdı.  

85. QOL. Poşkus ikinci qolu "Turan"ın qapısından keçirdi.

79. İsmayıl Məmmədovun zərbəsi təhlükəli alındı.

66. Çervenko "İnter"i qoldan xilas etdi.

59. Zlatinovun növbəti zərbəsi təhlükəli alındı.

56. QOL. "İnter" hesabı açdı. Zlatinov fərqləndi.

54. "Karvan" hesabı aça bilərdi. Lakin Vilson qola imkan vermədi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı. 

43. "Karvan" ardıcıl iki epizodda hesabı aça bilərdi. İsmayıl Məmmədovun ilk cəhdini Vilson çətinliklə dəf etsə də, ikinci cəhddə top qapıdan aralı keçdi.

35. "İnter" hücumlarını davam etdirir.

28. Rubinsin zərbəsi təhlükəli alındı.

24. "İnter" ərazi üstünlüyünə malikdir. Lakin "bankirlər" hələ ki, rəqibin müdafiəsini yara bilmir. 

16. "İnter" qol vurmağa yaxın idi. Lakin Quti Rubinsin ötürməsinə toxuna bilmədi.

10. Matça "İnter" hücumlarla başlayıb.

Oyun başladı.

 

"Neftçi" - "Olimpik-Şüvəlan" 0:0 
İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Hakimlər: Rövşən Əhmədov, Samir Hacıyev, Azad Q.Hüseynov, Zöhrab Əliyev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Xaqani Məmmədov

Nazim Süleymanov debüt matçında 1 xal qazandı.

Oyun başa çatdı.  

90+2. Kruqlovun zərbəsi qapının üstündən keçdi.

90. Aqil Nəbiyev "Neftçi"nin təhlükəli hücumunun qarşısını kəsdi.

87. Güllərin cərimə zərbəsi qeyri-dəqiq alındı.

81. "Neftçi" rəqibi qapısına doğru sıxışdırıb. Lakin "Olimpik-Şüvəlan"ın müdafiə xətti hələ ki, etibarlı oynayır.

78. Vaqif Sadıqov meydana Samir Əliyev buraxdı. 

69. İbekoyi hesabı aça bilərdi. Lakin Qribauskas qol aimkan vermədi.

66. Nyaqanın zərbəsini Elşən son anda zərərsizləşdirdi.

57. "Neftçi" hesabı açmağa çox yaxın idi. Lakin Elşən Poladov son anda Nyaqanın zərbəsini küncə çıxardı.  

56. Nduka sarı vərəqəylə cəzalandı.

53. Kamaranın zərbəsi qapının üstündən keçdi.

48. Rəşad Abdullayevin zərbəsi istədiyi kimi alınmadı.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

44. Rəşad Abdullayevin zərbəsi təhlükəli alındı.

41. İlqar Qurbanovun təhlükəli asmasını Ruslan Abışov uzaqlaşdırdı.

39. Naydinin zərbəsi təhlükəli alındı.

32. Anatoli Doroşun zərbəsi təhlükəli zərbəsi qapıdan azca aralı keçdi.

20. "Neftçi" hesabı aça bilərdi. Lakin Marian Aliutanın yerinə yetirdiyi cərimə zərbəsi qapıdan az fərqlə aralı keçdi.

15. Nuqzaq Kviriteyanın zərbəsi qapıdan aralı keçdi.

12. Quqlemona cərimə meydançasına daxil olmağa ikan vermədilər.

9. İlk dəqiqələrdən oyun qarşılıqlı hücumlar şəraitində keçir.  

3. İbekoyinin cərimə meydançasına təhlükəli ötürməsini Rail Məlikov uzaqlaşdırdı.

2. Oyuna "Neftçi" fəal başlayıb. İlk dəqiqədə heab açıla bilərdi. Lakin qapı dirəyi qola imkan vermədi.  

Oyun başladı.

 

“Standard" - "Muğan" 1:0 
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Hakimlər:
Elnur Muradov, Munis Abdullayev, Aleksandr Musatkin, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Əli Hüseynov

"Standard" cari mövsümdə ilk qələbəsini qazandı.

Oyun başa çatdı.  

89. "Standard" ikinci qolu vurmağa yaxın idi. Davidin zərbəsi dirəyə dəydi.

87. "Muğan"da Novruz Məmmədovu Fərrux İsmayıov əvəzlədi.

83. Davidin zərbəsi təhlükəli alındı.

81. Matçın sonu çox sönük keçir.

77. "Standard"da növbəti dəyişiklik. Zeynal Zeynalovu Siçaşvili əvəzlədi.  

64. "Muğan"da dəyişiklik. Vüsal Hüseynovu Arif İsayev əvəzlədi.

60. "Standard"da dəyişiklik. Murad Ağakişiyevin əvəzinə Samir Zərgərov daxil olur.  

59. "Muğan" cərimə zərbəsi yerinə yetirsə də, top qapının üstündən keçdi.

55. İkinci hissə sönük başlayıb. Qapılar qarşısında qol epizodu yaşanmayıb hələ.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

39. Oyunun tempi çox aşağı düşüb. Hər iki tərəf çoxlu sayda top itkisinə yol verir.

26. "Standard" hücumlarını davam etdirir.

18. Fərid Quliyev ikinci qolu vurmağa çox yaxın idi. Lakin Kurtanoviç son anda gənc forvardın dubl etməsinə imkan vermədi.

17. "Standard" ikinci qolu vura bilərdi. Lakin Uqonun ötürməsinə toxunan olmadı.

10. Qoldan sonra da "Standard" hücumlarını davam etdirir.

3. QOLL. "Standard" hesabı açdı. Fərid Quliyev Aqil Məmmədovun ötürməsini qapıdan keçirdi.

Oyun başladı.

 

 

28 noyabr (şənbə)
"Simurq" - "Qəbələ" 1:1

Zaqatala şəhər stadionu
Hakimlər: Elçin Məmmədov, Ramiz Əsədov, Eldar Nağıbəyov, Ceyhun Haşımov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov

"Simurq": Vitali Postranski, Yuri Bulıçov, Aleksandr Malıgin (k), Sergey Sokolov, Kaxaber Çxetiani, Ruslan Qunçak, David Bolkvadze, Gennadi Solonitsin, Sergey Artyux, Elşən Məmmədov, Nikolay Petrov

"Qəbələ": Pavels Doroşevs, Lyubo Baranin, Vurğun Hüseynov, Mikola Hibalyuk, Milan Antiç, Razvan Tarlea, Qoqa Beraya, Vladimir Bondarçuk, Kristian Torres, Kənan Kərimov (k), Tomaş Stolpa

Oyun başa çatdı.

90+3. "Qəbələ"nin qapıçısını oyunun qəhrəmanı seçmək olar. Doroşevs bu dəfə də Artyuxun zərbəsinə möhtəşəm reaksiya göstərdi.

90. Bolkvadzenin zərbəsi qapının yanından keçdi.

87. Baş hakim Elçin Məmmədov "Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədovu tribunaya göndərdi.

85. QOL. "Qəbələ" hesabı bərabərləşdirdi. Malıgin topu öz qapısından keçirdi.

80. Ostapın zərbəsi elə də təhlükəli alınmadı.

75. "Qəbələ"nin qapıçısı Doroşevs sarı vərəqəylə cəzalandı.

73. "Qəbələ"nin heyətində növbəti dəyişiklik. Kristian Torresi Rəhman Musayev əvəzlədi.

72. Son dəqiqələrdə üstünlük "Qəbələ"nin tərəfindədir. Lakin "Simurq"un müdafiəçiləri inamla müdafiə olunurlar.

68. "Simurq"da ilk dəyişiklik. Gennadi Solonitsini Tural Cəlilov əvəzlədi.

63. Ramiz Məmmədov növbəti oyunçu dəyişikliyini edir. Vladimir Bondarçuku Anatoli Ostap əvəz edir.

60. "Simurq"un qapıçısı Postranski Tarleanın zərbəsini dəf etdi.

56. "Qəbələ"nin heyətində dəyişiklik. Mikola Hibalyuku Pərvion Paşayev əvəzlədi.

53. Artyuxun cərimə zərbəsini Doroşevs "doqquzluq"dan çıxardı.

50. Növbəti sarı vərəqə "Simurq"dan Petrova göstərildi,

49. Qunçakın yerinə yetirdiyi cərimə zərbəsi təhlükəli alındı.

47. QOLLL. "Simurq" hesabı açdı. Elşən Məmmədov başla topu qapıdan keçirdi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

45. Meydanda gərgin anlar yaşanır. Nəticədə baş hakim "Simurq"dan Malıginə, "Qəbələ"dən Baraninə sarı vərəqə göstərdi.

41. Elşən Məmmədovun uzaqdan zərbəsini yenə də "Qəbələ"nin qaolkiperi zərərsizləşdirdi.

36. Qunçakın zərbəsini Doroşevs qaytardı. Geri dönən topu Petrov qapıya göndərsə də, onun zərbəsi qapının üstündən keçdi.  

34. Bu dəfə də Stolpa sarı vərəqəylə cəzalandı.

32. "Qəbələ"nin hücumu təhlükəli alındı. Lakin Postranski Torresin təhlükəli zərbəsini qaytarmağa müvəffəq oldu.

27. Referi Elçin Məmmədov qonaqların baş məşqçisi Ramiz Məmmədova yaxınlaşaraq, çıxışlarını davam etdirəcəyi təqdirdə onu tribunay göndərəcəyini bildirdi.

26. Qunçakın təxminən 20 metrdən qapıya endirdiyi zərbə "çərçivə"yə düşmədi. 

22. Bu dəqiqələrdə oyun nisbətən sakitləşib.

19. "Simurq"dan Bulıçev sarı vərəqəylə cəzalandı.

16. "Qəbələ"nin qapıçısı bu dəfə də Sokolova başla zərbə vurmağa imkan vermədi.

13. Oyunda ilk sarı vərəqə "Qəbələ"dən Razvan Tarleaya göstərildi.

12. "Simurq" növbəti qol şansını boşa verdi. Artyuxun başla zərbəsini müdafiəçilər qapı xəttindən çıxardılar.

11. Bolkvadzenin zərbəsini "Qəbələ"nin qapıçısı küncə çıxardı.

6. Petrovun başla zərbəsindən sonra top “Qəbələ”nin qapıçısının əlinə dəyib, geri qayıtdı.

3. "Qəbələ"nin ilk hücumu nəticəsiz qaldı.

1. Qapıya doğru ilk zərbə Petrovdan gəldi. Doroşevs yerindədir. 
   
Oyun başladı.

27 noyabr (cümə)
"Qarabağ" - "Turan" 2:1 

Quzanlı qəsəbə stadionu
Hakimlər: Rasim Məmmədov, Vaqif Musayev, Elşən Durmuşov, Zahid Haşımov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Gülağa Cabarov

Bu qələbə sayəsində xallarının sayını 26-a çatdıran "Qarabağ" vahid liderə çevrildi.  

Oyun başa çatdı.

88. "Qarabağ" üçüncü qolu vura bilərdi. Lakin Əfran İsmayılovun zərbəsi qeyri-dəqiq alındı.

84. "Turan"da dəyişiklik. Samir Musayevi Oleq Xromstov əvəzlədi.

81. "Qarabağ" meydanda azqlıda qaldı. Rəşad Sadiqov zədələnərək, meydanı tərk etmək məcburiyyətində qaldı. Əvəzetmə limiti bitdiyindən, Sadiqovun əvəzinə meydana oyunçu daxil ola bilməz.

77. "Turan"ın hücumu təhlükəli alına bilərdi. Lakin Rəşad Sadıqov topu uzaqlaşdırmağa müvəffəq oldu.

76. "Qarabağ"ın heyətində sonuncu dəyişiklik. Rauf Əliyevi Nodar Məmmədov əvəzlədi.

70. "Turan"ın yerinə yetirdiyi cərimə zərbəsi təhlükəli alındı. Lakin Asəf Qədirinin zərbəsi qapının üstündən keçdi.

66. QOLLL. Vüqar Nadiov özünün və komandasının ikinci qolunu vurdu.

64. Vüqar ikinci qolu vura bilərdi. Lakin Saidov bu dəfə ona sevinmək imkanı vermədi.

61. QOL. Vüqar Nadirov hesabı bərabərləşdirdi.

60. Rauf Əliyev qapıya doğru zərbə vura bilmədi.

59. Nəhayət, gözlənilən hadisə baş verdi. Uzun fasilədən sonra millimizin kapitanı Rəşad Sadıqov meydana qayıdır. O Aftandil Hacıyevi əvəzlədi.  

56. "Turan"ın heyətində ikinci dəyişiklik. Anton Kovalevskini Kamal Ələkbərov əvəzləyir. Birinci əvəzetmədə olduğu kimi, ikinci dəyişiklik də məcburi oldu.

51. İkinci hissə bir qədər sakit tempdə başlayıb. Qapılar qarşısında hələ ki qol epizodu yaşanmayıb.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

45+1. Rauf Əliyev cərimə meydançasında qapıçıyla təkbətək qalsa da, "Turan"ın qapıçısı yenə də səhvsiz oynadı.

43. "Qarabağ" təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirsə də, top qapının üstündən keçdi.

38. QOL. "Turan" hesabı açdı. Rəşid Həsənov fərqləndi.

35. "Turan"ın heyətində ilk dəyişiklik baş verdi. Elnur Məmmədov zədələndiyindən oyunu davam etdirə bilmədi. Onu Asəf Qədiri əvəzlədi.

34. "Qarabağ" növbəti şansını boşa verdi. "Turan"ın qapıçısı bu dəfə də Rəşad Sadiqovun sevinməsinə mane oldu.

21. "Turan"ın hücumu təhlükəli alındı. Lakin Rəşid Həsənov qapıçıyla təkbətəkdən yararlana bilmədi.

18. Əfran İsmayılov növbəti dəfə şansını boşa verdi.

16. "Qarabağ"ın daha bir qol şansı yaxaladı. Lakin "Turan"ın qapıçısı Saidov son anda Zaur Həşimovun sevinməsinə mane oldu.

10. Elvin Məmmədovun zərbəsi qeyri-dəqiq alındı.

6. "Qarabağ" hesabı açmağa çox yaxın idi. Lakin Əfran İsmayılovun zərbəsi qeyri-dəqiq alındı.

3. İlk dəqiqələrdən mübarizə meydanın mərkəzində keçir.

Oyun başladı.

"Qarabağ" matça itkilərlə çıxıb. Cəzalı olan Elnur Allahverdiyev və Maksim Medvedyevlə yanaşı, Vüqar Nadirov da ehtiyatda qalıb. Rəşad Sadıqov isə ehtiyat oyunçular skamyasındadır.

TURNİR CƏDVƏLİ 

1

"İnter"

12

8

2

2

24-12

26

2

"Qarabağ"

12

8

2

2

12-6

26

3

“Simurq”

12

7

3

2

16-10

24

4

"Xəzər Lənkəran”

12

6

4

2

16-6

22

5

"Qəbələ”

12

6

3

3

16-14

21

6

"Neftçi”

12

6

2

4

10-7

20

7

"Bakı"

12

5

2

5

8-10

17

8

"Olimpik-Şüvəlan”

12

3

4

5

11-15

13

9

"Turan "

12

3

2

7

15-18

11

10

"Muğan”

12

3

2

7

7-17

11

11

"Karvan”

12

1

2

9

10-19

5

12

"Standard”

12

1

2

9

9-20

5

 


Son xəbərlər