“Bakı” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov Qol.Az saytına müsahibə verib.
- Son zamanlar “Bakı»da əsas heyətdə yer almaqda çətinlik çəkirsən. Bu, səni həvəsdən salmır ki?
- Yox, həvəsdən düşmürəm. Amma mən də oynamaq istəyirəm. Hələ ki, gözləyirəm. Yəqin mənə də bir gün şans verərlər.
- Bülənt Qorxmazla münasibətlərin necədi?
- Normal əlaqələrimiz var. Aramızda heç bir söz-söhbət olmayıb.
- Karyeranı bitirmək barəsində düşünürsən, yoxsa hələ tezdi?
- Hələ ki, özümdə oynamağa güc hiss edirəm.
- Sabah səfərdə “Xəzər Lənkəran”la görüşürsünüz. Bu oyunla bağlı fikirlərin necədi?
- “Xəzər Lənkəran” güclü komandadır. Çətin oyun olacaq, amma biz Lənkərana qələbə arxasınca gəlmişik. Mütləq qələbə qazanmalıyıq. Xal itirə bilmərik.
- Necə fikirləşirsən, hazırda “Bakı”nın kollektivi “Xəzər Lənkəran”dan güclüdür?
- Əgər mən “Bakı”da çıxış edirəmsə, təbii ki, bizim güclü olduğumuzu deyəcəyəm. Burda gizlətməli bir şey yoxdur. Hər halda bütün bu suallara sabah meydanda aydınlıq gələcək.
- Yeni baş məşqçinin komandaya gəlişinə qədər bir qədər uğursuz çıxış edirdiniz. Mühüm xallar itirdiniz.
- Bəli. Bu, komandaya öz mənfi təsirini göstərdi.
- Bəs səncə, indi gecdir? “Bakı”nın “altılığ”a düşmək şansını necə dəyərləndirirsən?
- «Bakı» mütləq “altılığ”a düşməlidir. Keçən ilin çempion komandasıyıq. Biz “altılıq”dan necə kənarda qala bilərik? Təbii ki, “altılıq”dan kənar qalmağımız bizim üçün uğursuz nəticə sayılacaq. Bu səbəbdən bütün oyunlara qələbə istəyi və iddiası ilə çıxırıq.
- “Bakı”nın bu mövsüm qarşısına qoyduğu məqsəd nədir?
- Bizim qarşımıza həmişə çempion olmaq məqsədi qoyulub. Keçən il də qoyulmuşdu, bu il də. Düzdür, qıraqdan nəzər yetirəndə bunun həyata keçəcəyi real görünmür. Xal baxımından bir qədər arxada qalsaq da, qarşıda oyunlar çoxdur. Hələ heç nə itirilməyib. Şansımız var. İndidən kiminsə çempion olacağını demək tezdir. Buna hamımız çempionatın sonuna bir-iki tur qalmış şahid olacağıq.
- Düzdür, hələ bu barədə danışmaq biraz erkəndir. Amma təxmini də olsa deyə bilərsənmi, bu il çempionluğa iddialı kimlər olacaq?
- Çempionluğa iddialı komanda kimi “Bakı”nı görürəm. Başqa kimi görməliyəm ki?
- Tez-tez mətbuatda bəzi oyunçularımızın xaricə transfer olunacağı haqda xəbərlər yayılır. Sən təcrübəli və yerli futbolçularımıza yaxşı bələd olan birisi kimi bu barədə nə düşünürsən? Hansı oyunçularımızı xaricdə legioner həyatı yaşamağa hazır hesab edirsən?
- Bilirsiniz, konkret ad çəkə bilməyəcəm. Amma millinin oyunları da göstərir ki, ölkə kənarında oynamağa layiq futbolçularımız var. İnanıram ki, yaxın bir il ərzində 5-6 azərbaycanlı futbolçu legioner həyatı yaşacaq.
- Ölkəmizdə oynayan legioner futbolçularla bağlı nə deyə bilərsən?
- Klubda legionerlərin oynamağına bir söz deyə bilmərəm. Çünki onları klub rəhbərliyi dəvət edir və müqavilə imzalayır. Amma millidə öz futbolçularımızın oynamasını istəyirəm. Bizim futbolçuların meydanda göstərdiyi əzmkarlığı heç bir xarici ölkənin nümayəndəsi göstərməyəcək.
- Millimizdə legioner futbolçulardan ən çox Axtyamov tənqid olunur...
- Vallah Axtyamovun yerinə hər hansı bir azərbaycanlı futbolçu oynasa, millimizə daha xeyir verə bilər.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
Əliyar Ağayev bu dəfə 1-ci liqada
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?