Qurban Qurbanov: “Bu gün meydanda futbol adına hər şey var idi”

Qurban Qurbanov: “Bu gün meydanda futbol adına hər şey var idi”
ÖLKƏ FUTBOLU 22 Noyabr 2009 / 16:45 2215
-  A +

“Bu gün oyun çox maraqlı alındı. Meydanda futbol adına hər bir şey var idi. Fikrimcə, azarkeşləri darıxmağa qoymadıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Olimpik-Şüvəlan”la oyunsonrası mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Qurbanov komandasının qol şanslarından yararlana bilməməsindən gileylənib: “Hər iki komanda azlıqda qaldıqdan sonra komandalar daha açıq futbol nümayiş etdirdilər. Topu özümüzdə çox saxlayırdıq. Rəqib qapısı qarşısında qol epizodları yaratsaq da, son nöqtəni qoya bilmirdik”.

Son xəbərlər
18.03.25  16:16

Van Deyk ABŞ-ı seçdi