-İsgəndər müəllim, millimiz Dubay turnirinə məğlubiyyətlə başladı. İraqla oyun haqda fikirlərinizi öyrənmək istərdik.
- Düzünü deyim, dünənki qarşılaşmanı izləməmişəm. Odur ki, oyun haqqında ətraflı danışa bilmərəm. Yalnız nəticəni bilirəm ki, 0:1 hesabı ilə məğlub olmuşuq. Nə deyə bilərəm? İraq millisi, ümumiyyətlə, pis komanda deyil. Amm hamı bilir ki, hazırda bu ölkədə vəziyyət necədir. Demək milli komanda da ideal vəziyyətdə deyil. Bu mənada bu oyunda qalib də gəlmək olardı.
- Son vaxtlar millinin oyununda yüksəliş görürsünüz?
- İldən-ilə irəliləyiş hiss olunur. Amma problemlər də yetərincədir və bu problemləri həll etməliyik. Vaxt keçir, amma problemlər həllini tapmır. Odur ki, uğurlu nəticə də qazana bilmirik. Halbuki, bunun vaxtı gəlib çatıb. Artıq biz də yaxşı nəticələr qazanmağa başlamalıyıq. Amma mən belə baxıram ki, bu gedişlə gələn seçmə mərhələdə də eyni problemləri görəcəyik.
- Problemlər deyəndə konkret nəyi nəzərdə tutursunuz?
- Problemlər çoxdur, onu saymaqla qurtarmaz. Bu tək millinin problemi deyil. Çempionatımızın səviyyəsi çox aşağıdır. Yüksək səviyyəli futbolçularımız yoxdur. Klublarımızın çoxunun şəxsi bazaları, stadionları yoxdur. Ən əsas meydançalarımızın vəziyyəti bərbad gündədir. Bir sözlə, şərait istənilən səviyyədə olmadığından bu, birbaşa millinin də nəticələrinə təsir edir.
-Yeri gəlmişkən, Berti Foqtsla müqavilənin müddəti 2 illiyinə uzadıldı. Buna münasibətiniz?
- Düzdür, Foqts məhşur mütəxəssisdir. Futbolçu və məşqçi kimi Avropa çempionu adını qazanıb. AFFA rəhbərliyi onun üçün hər cür şərait yaradıb və hər zaman da onun arxasında dayanıb onu dəstəkləyib. Amma fakt odur ki, bu cür şəraitin qabağında o, nəticə verə bilmədi. Bir tərəfdən Foqtsu da qınamaq tam olaraq düz çıxmır. Çünki onun da əlinin altında material yoxdur. Təbii ki, söhbət futbolçulardan gedir. 1996-cı ildə onun əlində yaxşı futbolçular var idi və odur ki, Foqts Almaniya millisinə Avropa çempionluğunu qazandıra bildi. Azərbaycanda isə o cür material yoxdur. “Ona vaxt verilməlidir” fikrinə də qarşı çıxmıram. Bəli, hər bir məşqçiyə vaxt verilməlidir. Amma digər tərəfdən də itirə-itirə gedirik axı. Bəlkə vaxt verdik və qarşıdakı 2 ildə vəziyyət dəyişmədi. Onda necə olacaq?
- U-21 haqqında da soruşmaq istəyirik. Komandamız bu yaxınlarda öz meydançasında Şotlandiyaya biyabırçı hesabla uduzdu - 0:4. Nəzərə alaq ki, onlar əsas millinin gələcəyi sayılır...
- Bu hamısı az öncə yuxarıda sadaladığımız problemlərin həll olunmamasının nəticəsidir. Bizdə bazalar, yeni stadionlar tikilmir. Uşaq futbolu yüksək səviyyədə deyil. Bütün bunların mənfi nəticəsini isə biz, U-21, U-19, U-17, U-15-in simasında görürük. Evdə 0:4 hesablı məğlubiyyətə bəraət qazandırmaq çətindir.
- Baş məşqçi nə dərəcədə günahkardır?
- Əlbəttə, əgər nəticə yoxdursa, demək baş məşqçi zəifdir. Zəif məşqçini isə mütəq dəyişmək lazımdır. Mən hesab edirəm ki, AFFA rəhbərliyi tərəfindən yaradılmış bu cür yüksək səviyyəli şəraitin müqabilində bizim yerli məşqçilərimiz Lippertdən yaxşı nəticə göstərərdilər. Elə isə başa düşmürəm, U-21-də nəyə görə yerli məşqçi işləməməlidir? Biz gərək öz məşqçilərimizə də güvənək. O mənada istərdim ki, U-21-də yerli məşqçi işləsin. Bilirsiniz necədir, heç kim kənardan gəlib bizim futbolumuzu qaldırmayacaq. Biz gərək özümüz gücümüzü bir yerə qoyub öz futbolumuzu qaldıraq. Çünki bizdə də futbolu bilən, güclü mütəxəssislərimiz var.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
Əliyar Ağayev bu dəfə 1-ci liqada
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?