Bu gün Şotlandiya yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət milli komandamız oyunun hazırlığını başa vurub. Qol.Az-ın məlumatına görə, U-21-in məşqçisi Nazim Süleymanov komandadakı əhval-ruhiyyənin yaxşı olduğunu bildirib. “Ayın 9-dan bir araya gəlmişik. Ancaq ölkə kubokunun oyunları ilə əlaqədar bəzi oyunçular 3 gün sonra düşərgəmizə qatıldılar. Şotlandiya ilə oyunun hazırlıqlarını davam etdiririk. Hər şey plana uyğun davam edir. Artıq bir yoxlama görüşündə qüvvəmizi sınamışıq. Uşaqlar “Rəvan”la oyunda pis təsir bağışlamadılar. Yeganə çatışmayan şey qol oldu. Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyimiz 3 oyunda 3 məğlubiyyətlə üzləşmişik. Artıq itiriləsi bir şeyimiz yoxdur. Çıxıb sərbəst oyunumuzu oynayacağıq. Bizdən fərqli olaraq Şotlandiya gərginlik içərisində olacaq. Çünkü onlar qrupda yüksək yerlər uğrunda mübarizə aparırlar”. Süleymanov heyətdəki problemlərə də toxunub: “Heyətdə bir çox problemlərimiz olsa da, onları layiqincə əvəzləyəcək futbolçularımız var. Novruz Məmmədov zədəli olduğundan Şotlandiya ilə oyunu buraxmalı olacaq. Həmçinin Əfran İsmayılovun da oynayıb-oynamayacağı barədə yekun qərarı həkimlər verəcək”. Təcrübəli məşqçi son iki oyunda buraxılan səhvlərdən sonra məğlubiyyətlə üzləşən U-21-in Avstriya ilə oyunun psixoloji gərginliyini üzərində ata bildiyini deyib. “Avstriya ilə oyunda itirilən xal və xallara görə uşaqlarla söhbətimiz olub. Əlbəttə, son dəqiqlərdə buraxılan qollar və əldən çıxan 3 xal insana pis təsir edir. Buna baxmayaraq, futbolçularımıza əvvəlki oyunlarda olduğu kimi çıxıb mübarizə aparmaları tapşırılıb. Dediyim kimi, itiriləsi heç nəyimiz yoxdur”.
Mənbə: "Futbol Dünyası" qəzeti
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video
"Bavariya"nın futbolçusu cəzalandırıldı
Azərbaycan millisi Ukraynaya qarşı
"Təslim olmamışıq" - Elvin Yunuszadə
AFFA bu klubları cərimələdi
Çempionlar Liqası oyunlarını yayımlayacaq kanallar
Neymar milliyə çağırılmamasından danışdı