Qaret Beyl üçün yeni mövqe

Qaret Beyl üçün yeni mövqe
DÜNYA FUTBOLU 15 İyul 2015 / 15:12 7562
-  A +

"Real"ın yarımmüdafiəçisi Qaret Beyl hazırda təlim-məşq toplanışında olduqları Avstraliyada yeni mövqedə yoxlanılır.

Qol.Az-ın "AS" qəzetinə istinadən yaydığı xəbərə görə, Madrid klubunun baş məşqçisi Rafael Benites uelsli futbolçunu mərkəz hücumçusu kimi oynadır. Komandanın mərkəzi hücumçusu Kərim Benzema isə cinahda çıxış edir.

Qeyd edək ki, Q.Beyl 2013-cü ildə "Tottenhem"dən "Real"a 100 milyon avroya transfer olunub.


Son xəbərlər