Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin Qol.Az saytına müsahibəsi
- Ramin müəllim son günlər azarkeşlərlə bağlı yaşanan qalmaqalların sayı artmaqdadır. “Xəzər Lənkəran” - “Neftçi” matçında plakatlarla silahlanmış fanatların bir-birlərinə qarşılıqlı təhqirlərinin şahidi olduq. Baş verənlərə sizin də münasibətinizi öyrənmək istərdik.
- Bilirsiniz ki, baş verənlərlə bağlı artıq PFL öz mövqeyini ortaya qoyub və bununla bağlı qurumun rəsmi saytında bəyənat da yayılıb. Elə orada səslənən fikirləri mənim fikirlərim kimi qəbul edə bilərsiniz. "Xəzər Lənkəran" - "Neftçi" oyunu zamanı xoşagəlməz hadisələr baş vermişdi. Həqiqətən də həmin oyunda qonaq komandanın - "Flaqman" fan klubunun üzvləri qeyri-etik ifadə yazılan plakat açaraq, məsuliyyətsiz və heç bir etik qaydalara sığmayan hərəkəti ilə Azərbaycan futbolunun azarkeşlərinin, həmçinin PFL-in haqlı narazılığına səbəb olublar. Biz də bunları nəzərə alaraq, PFL-in adından belə bir bəyənat yaydıq və orada qeyd etdik ki, Unibank Premyer Liqasında və futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən klublar onların nəzdində fəaliyyət göstərən fan klubların AFFA-nın və PFL-in bayrağı altında keçirilən yarışlar zamanı stadionlarda rəqib komandanın və onların azarkeş qruplarının mənəvi dəyərlərini və milli hissiyatını təhqir edəcək hər hansı plakatların açılmasının və şüarların səsləndirilməsinin qarşısını almasını tələb etsin. Bu cür hallar baş verəcəyi təqdirdə oyunlara ezam olunan AFFA nümayəndələri oyunu dayandıracaq və təhqiredici plakatların stadiondan yığışdırlmasına göstəriş verəcək. Əgər futbol klublarını və ya onların azarkeşlərini təhqir edən plakatlar oyun zamanı yenidən açılarsa, hadisədə təqsirli bilinən klub növbəti ev oyunlarını azarkeşsiz keçirəcək.
- Bəyənatda konkret olaraq “milli hissiyat” kəlməsi işlənib. Bu ifadəni bəyənata salmaqla nəyə işarə vurmusunuz? Yəni, Lənkəranda milli hissiyata xələl gətirən hansı təhqiramiz plakat və yaxud şüarın şahidi olmusunuz?
- Şəxsən özüm həmin oyunda olmadığımdan kokret şüarlar haqda danışa bilməyəcəm. Sadəcə, oyundan sonra “Xəzər Lənkəran”ın “Fırtına” fan-klubu mənə şikayət məktubu yazaraq qarşı tərəfin onları təhqir etdiklərini bildirdilər. Mən də həmin məktubla tanış olduqdan sonra dərhal “Neftçi” rəhbərliyi ilə danışdım və onların diqqətinə çatdırdım ki, belə xoşagəlməz olayların qarşısını mütləq almalıdırlar. Ümumiyyətlə, bundan sonra bu məsələ ilə bağlı qərarlar daha da sərtləşdiriləcək. Hətta bununla bağlı AFFA Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarova belə bir göstəriş də vermişəm ki, oyuna təyin olunan hakim-inspektorlar bu nüanslara da ciddi diqqət yetirsinlər. Əgər hansısa klubun azarkeşləri stadiondan təhqiramiz şüar və plakatlar asarlarsa, o zaman həmin plakatlar yığışdırılmadan oyun başlanmayacaq.
Düzdür, azarkeş emosional olmalıdır, 90 dəqiqə müxtəlif şüarlarla öz komandasını dəstəkləməlidir. Amma bununla bərabər, təhqiramiz ifadələrin işlənməsinin əlehinəyəm. Məsələn, Türkiyə Superliqasının “Fənərbaxça” - “Qalatasaray” matçında azarkeşlər bir-birlərinin ünvanına elə təhqiramiz ifadələr işlədirdilər ki... Yəni, elə şüarların Azərbaycanda da səslənməsinin təbii ki, tərəfdarı ola bilmərəm.
- Son vaxtlar istər azarkeşlər, istərsə də futbolçularla bağlı yaşanan insidentlərə görə kəsilən cəzalar da çox ağırlaşıb və bu, klubların da kəskin narazılığına səbəb olub. Konkret olaraq, “İnter”in prezidenti Georgi Nikolov dolayısı ilə PFL-i klubların cibinə girməkdə ittiham edib.
- Mən öncə tövsiyyə edərdim ki, Unibank Premyer Liqasının nizam-intizam qaydalarını bilməyən klub rəhbərləri özləri, həmçinin rəhbərlik etdikləri klubun hər bir futbolçusu nizam-intizam qaydaları ilə öncədən yaxından tanış olsunlar. Biz özümüzdən qərar çıxarmırıq. İntizamsızlığa görə təyin olunmuş cərimə və cəzalar hazırlanarkən bu sahədə daha çox təcrübəsi olan Avropa və Beynəlxalq futbol qurumlarının praktikasından bəhrələnilib. İntizam Komitəsinin çıxardığı qərarlar məhz PFL-in və AFFA-nın nizam-intizam qaydalarına əsasən çıxardılır. Ona görə də yaxşı olar ki, həmin narazı klub rəhbərləri nizam-intizam qaydaları ilə əvvəlcədən tanış olsunlar ki, sonradan narazılıq yaranmasın. Qaydalara əsasən futbol meydanına və qaçış zolağına kənar əşyaların atılmasına görə klub - meydan sahibi 2000 manat cərimələnir. Maddədə göstərildiyi kimi, bu cür intizamsızlıq ev sahibi və ya qonaq komandanın azarkeşləri tərəfindən baş verdiyi halda məhz ev sahibi klub stadionda təhlükəsizlik tədbirlərini yetərincə təmin etmədiyi üçün cəzalandırılır. Əgər oyunçu yarış iştirakçılarından birinə tüpürərsə, o zaman həmin oyunçu 6 oyunluq kənarlaşdırılır və klub 5000 manat cərimə olunur. Əgər oyunçu dava-dalaşda iştirak edərsə, 6 oyunluq kənarlaşdırılır və klub 3000 manat məbləğində cərimə olunur. Dalaşmanın səbəbkarı məlum olmasa, bu zaman komandanın kapitanı və klub cəzalandırılır. Cəzalandırılan şəxs günahkar şəxsi aşkar edərsə, o zaman özünə bəraət qazandıra bilər.
- Amma maraqlıdır ki, siz özünüz “Neftçi”nin vitse-prezidenti olanda bu cür cəzalara qarşı kəskin mövqedə dururdunuz. Lakin bu gün özünüz belə ağır cəzaların verilməsin dəstəkləyirsiniz.
- Xeyr, əzizim, düz fikirləşmirsiniz. Mən hakimlərin qərarlarına görə ödədiyim cərimələr üçün narazılıq etmişəm. “Neftçi”də işlədiyim müddətdə hakimlərə görə federasiyanın büdcəsinə 140 min dollar pul ödəmişəm. Etdiyi səhvə görə hakimi söymüşəm və düşünürəm ki, düz eləmişəm. Mən nəyə görə səbəb olmadan o qədər pulu cərimə kimi federasiyaya ödəməli idim?
- Deməli, indi çıxarılan qərarları sərt hesab etmirsiniz, əksinə onu dəstəkləyirsiniz?
- Biz nizam-intizam cərimələrinə uyğun olan, orada göstərilən bəndlərə əsasən cəza kəsirik. Yəni hər kəs konkret maddələrdə göstərilənlərə uyğun olaraq cəzasını alır. Hətta biz “İnter” - “Qarabağ” oyununda futbolçular arasında baş verənləri müzakirə edərək cəza kəsərkən Samir Abbasovla Fərhad Vəliyevin millinin üzvü olduqlarını nəzərə alaraq onlara güzəşt elədik. Yəni, bu futbolçular nizam-intizam cərimələrinə uyğun olaraq hər biri 6 oyun cəzalanmalı idilər. Amma biz həmin cəzanı 3 oyuna endirdik.
- Düşünmürsünüz ki, belə də yenə qaydalar pozulur? Qaydanı pozan lazımı cəzanı almalıdır. O zaman sabah başqa bir milli üzvü də eyni hərəkəti edə bilər və düşünər ki, “milli üzvüyəm və mənə qarşı da güzəşt olunacaq”.
- Yox, mən belə bir halın baş verəcəyinə və kiminsə bu güzəştdən sui-istifadə edəcəyinə inanmıram.
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
Əliyar Ağayev bu dəfə 1-ci liqada
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?