İbrahimoviç PSJ-dən gedəcəkmi? – Blan açıqladı

İbrahimoviç PSJ-dən gedəcəkmi? – Blan açıqladı
DÜNYA FUTBOLU 13 İyul 2015 / 14:11 6482
-  A +

PSJ-nin baş məşqçisi Loran Blan Zlatan İbrahimoviçin komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın "Le Parisien"ə istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis isveçli forvardın komandada qalacağını deyib:

"İbrahimoviçin komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə əhəmiyyət vermirəm. Çünki belə ehtimal yoxdur. Vəziyyət çox sadədir, İbrahimoviç PSJ-də qalacaq".

Qeyd edək ki, 33 yaşlı futbolçunun yenidən "Milan"a qayıdacağı iddia olunur.


Son xəbərlər