Viktor Valdes yeni mövsümdə də şərəfini qoruduğu "Mançester Yunayted"də oynayacaq.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə təcrübəli qolkiperin meneceri Qines Karvaxal məlumat verib. O deyib ki, V.Valdes "MY"da qalmağa qərar verib:
"Onun "Mançester Yunayted"lə bir illik müqaviləsi var. Buradan ayrılmaq üçün səbəb görmürük. "Mançester Yunayted" dünyanın ən yaxşı 3-4 klubundan biridir".
Qeyd edək ki, "Antalyspor"un V.Valdesi transfer etmək istədiyi iddia edilirdi.