Luis Suares FİFA-nın ondan üzr istəməsini tələb edir

Luis Suares FİFA-nın ondan üzr istəməsini tələb edir
DÜNYA FUTBOLU 12 İyul 2015 / 17:07 8015
-  A +

"Barselona"nın futbolçusu Luis Suares FİFA-nın ondan üzr istəməsini tələb edir.

Qol.Az-ın xarici xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, uruqvaylı forvard FİFA-nın onu dörd ay rəsmi oyunlardan uzaqlaşdırılması ilə bağlı qərarının düzgün olmadığını deyib.

“Mən bilirəm ki, düzgün etməmişəm. Ancaq oyundan dərhal sonra səhvimi başa düşdüm və hərəkətimə görə hər kəsdən üzr istədim. FİFA da bunu nəzərə almalı idi. Mənə qarşı ədalətsiz qərar verildi” – deyə o qeyd edib.

Xatırladaq ki, Suares “DÇ-2014”də İtaliya millisinin müdafiəçisi Corc Kyellinini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılmış və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulmuşdu.

Son xəbərlər