UEFA-nın Nizam-İntizam Komitəsi bu il sentyabrın 30-da Kiprin «Apoel» və İngiltərənin «Çelsi» klublarının görüşündən əvvəl azarkeşlərə paylanan broşürlərdəki irqçi çağırışlarla bağlı qərar çıxarıb. Qol.Az-ın məlumatına görə, qərara əsasən, yunan Kipri 40 min avro məbləğində cərimə edilib. Lakin bu qərar Türkiyədə haqlı narazılığa səbəb olub. «Sabah» qəzeti UEFA-nın belə bir qərar çıxarmasını ikili standartların göstəricisi adlandırıb. Məsələ burasındadır ki, hələ ötən ay UEFA-nın böyük qardaşı sayılan FİFA Türkiyəni Ermənistanla oyuna Azərbaycan bayrağının buraxılacağı təqdirdə matçın nəticəsinin ləğv ediləcəyi və qardaş ölkəyə ciddi sanksiya tətbiq olunacağı ilə hədələmişdi. Bundan sonra Türkiyə hökuməti məcburiyyət qarşısında qalaraq oyuna Azərbaycan bayrağını buraxmamışdı.
«Apoel» - «Çelsi» oyununun broşüründə yazılan sözlərə görə isə yunan tərəfinə cəmi 40 min avro cərimə kəsilməsi həqiqətən də təəccüb və təəssüf doğurur. Broşürdə bu sözlər yazılıb: "Bizim savaşımız Yunanıstanın dəyərli torpağı olan adamızı türk işğalçılarından azad edənədək sürəcək. İctimaiyyətə bu barədə məlumat verməyə özümüzə borc bilirik və Avropa Birliyi vətəndaşlarını bizə dəstək olmağa çağırırıq». Broşürün sonunda bu cümlələr yazılıb: «Türkiyə Avropa qitəsinə daxil deyil, Avropa ölkəsi olaraq görüləməz. Türk ordusu, dərhal Kiprdən çıx get».
Təbii ki, bu sözlərin yazıldığı broşür oyuna gələn ingilis azarkeşləri arasında da paylanıb və əlbəttə, UEFA nümaəndələrinin də əlinə keçib. Hadisədən xəbər tutan Türkiyə Futbol Federasiyası UEFA-ya şikayət məktubu ünvanlayıb. «Apoel» ötən il keçirilən beynəlxalq oyunlardan birində irqçi şüarlar səsləndirdiyinə görə UEFA tərəfindən 30 min avro cərimələnmişdi. Eyni hal ikinci dəfə təkralandığından, UEFA-nın qaydalarına əsasən «Apoel»ə beynəlxalq oyunları öz meydanında keçirməsi qadağası qoyulmalı və ya onun qazandığı xallar silinməliydi. Lakin göründüyü kimi, UEFA yunan Kiprinin komandasına cəmi 40 min avro cərimə kəsməklə işini bitmiş hesab elədi.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video
"Bavariya"nın futbolçusu cəzalandırıldı
Azərbaycan millisi Ukraynaya qarşı
"Təslim olmamışıq" - Elvin Yunuszadə
AFFA bu klubları cərimələdi
Çempionlar Liqası oyunlarını yayımlayacaq kanallar
Neymar milliyə çağırılmamasından danışdı
İran Futbol Federasiyası FİFA-ya müraciət etdi
Bakıda daha bir dünya çempionatı keçiriləcək