Hummels qərarını verdi

Hummels qərarını verdi
DÜNYA FUTBOLU 9 İyul 2015 / 10:30 5873
-  A +

Mats Hummels daha bir mövsüm şərəfini qoruduğu "Borussiya"ya qalacaq.

Qol.Az-ın Almaniya mətbuatına istindadən yaydığı xəbərə görə, bu barədə 26 yaşlı oyunçunun özü məlumat verib. O, adının "Mançester Yunayted"lə hallanmasına baxmayaraq, Dortmund klubunda oynayacağını deyib:

"Növbəti mövsümdə də "Borussiya"da oynamağa qərar verdim".

Xatırladaq ki, M.Hummels 2008-ci ildən Dortmund təmsilçisində oynayır.


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner