Qadın futbolçulardan ibarət yığma komandalar arasında keçirilən dünya çempionatında yeni rekord müəyyənləşib.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, mundialın finalında baş tutan ABŞ - Yaponiya matçını televiziyadan 25,4 milyon azarkeş izləyib.
Həmin qarşılaşma ABŞ tarixinin ən çox izlənilən futbol matçı olub. Buna qədər Amerikada "DÇ-2014"ün qrup mərhələsində keçirilən ABŞ - Portuqaliya matçı (2:2) ən çox izlənilən oyunlar siyahısına başçılıq edirdi. Həmin görüşü televiziyadan 18,2 milyon azarkeş izləmişdi.
Qeyd edək ki, finalda Yaponiyanı 5:2 hesabı ilə məğlub edən ABŞ yığması tarixində üçüncü dəfə fəxri kuboka yiyələnib.
Niderland da 100-ü keçdi
“Zirə”dən yeni transfer
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır