"Barselona" "Atletiko"nun yarımmüdafiəçisi Arda Turanın transferini rəsmiləşdirib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, türkiyəli futbolçu Kataloniya təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.
"Barselona" bu transfer üçün "Atletiko"ya 34 milyon avro ödəyəcək. Lakin "Barselona" gələn mövsüm La Liqanın qalibi olarsa və Çempionlar Liqasında ən azı 1/4 finala qədər irəliləyərsə, o zaman Kataloniya təmsilçisi Arda üçün daha 7 milyon avro ödəməli olacaq.
Ardanın transferi ilə bağlı danışan meneceri Əhməd Bulut bunları deyib: "Beş illik müqaviləyə imza atdıq. Təzminat 41 milyon avro olacaq. Arda çox xoşbəxtdir. Bu, hər futbolçuya nəsib olmaz. Ardanın transferi Türkiyə futbolu üçün böyük uğurdur. Onun "Barselona"ya transferi üçün ay yarım idi ki, görüşlər keçirirdim. Pul məsələsində heç bir problem olmadı. Bu həftə imza mərasimi olacaq".
Qeyd edək ki, 2011-ci ildə 13 milyon avro müqabilində "Qalatasaray"dan "Atletiko"ya transfer olunan Arda Madrid təmsilçisində keçirdiyi 127 oyunda 13 qol vurub.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı