“Qəbələ”də baxışda olmuş futbolçu dünyasını dəyişdi

“Qəbələ”də baxışda olmuş futbolçu dünyasını dəyişdi
DÜNYA FUTBOLU 4 İyul 2015 / 01:45 10273
-  A +

Çinin “Çindao Hayno” klubunun futbolçusu  Qoran Qoqiç dünyasını dəyişib.
 
Qol.Az-ın məlumatına görə,  29 yaşlı futbolçunun məşqdən sonra halı pisləşib.
 
Serbiyalı yarımmüdafiəçi dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək  mümkün olmayıb.
 
Qeyd edək ki, Q.Qoqiç 2013-cü ildə “Qəbələ”də baxışda olub. Lakin o, “İnqolştadt 04”lə yoxlama matçında  bəyənilməyərək geri göndərilib.

2014-cü ildə “Srvena Zvezda” ilə Serbiya çempionu olan futbolçu ötən mövsümdən Çin klubunda çıxış edirdi.

Son xəbərlər