38 yaşlı bombardir müqaviləni yenilədi

38 yaşlı bombardir müqaviləni yenilədi
DÜNYA FUTBOLU 11 İyun 2015 / 01:55 6445
-  A +

İtaliya A Seriyasında mübarizə aparan “Verona” aparıcı futbolçularından olan Luka Toni ilə müqaviləni yeniləyib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 38 yaşlı hücumçu yeni bir illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, 2013-cü ildə “Fiorentina”dan transfer olunan İtaliya millisinin sabiq üzvü bu mövsüm 22 qolla A Seriyasının bombardiri olub.

Son xəbərlər