Şenol Günəş "Beşiktaş"da

Şenol Günəş "Beşiktaş"da
DÜNYA FUTBOLU 10 İyun 2015 / 02:10 5899
-  A +

“Beşiktaş” klubunun yeni baş məşqçisi məlum olub.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, “qara qartallar” Şenol Gönəşlə razılığa gəlib.

Təcrübəli mütəxəssis yerli mətbuata açıqlamasında bu barədə özü məlumat verib:

“Beşiktaş” rəhbərliyi ilə görüşdüm. Yüz faiz anlaşmasaq da, hər halda problem yaranacağını düşünmürəm” – deyə o bildirib.

“Beşiktaş”ın müxbiri Hakan Gündoğan isə Türkiyə telekanalların birinə açıqlamasında Şenol Günəşlə tam razılıq əldə olunduğunu və bu gün onunla iki illik müqavilə imzalanacağını deyib.

Qeyd edək ki, Türkiyə millisinin sabiq baş məşqçisi son olaraq “Bursaspor”u çalışdırıb.

Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?