- Samir “Karvan”la oyun necə keçdi?
- Biz komandamızın gücünə bələd idik. Cütün taleyini elə ilk oyunda həll etmək istəyirdik ki, Yevlaxda problemimiz olmasın. “Karvan” öz meydanında çox yaxşı oyun göstərir. Yevlaxda oynamaq komandalar üçün baş ağrısına çevrilib.
- Demək olarmı ki, “İnter” artıq cütün taleyini həll edib?
- Bəli.
- “İnter” son iki il ərzində kubokun finalına kimi yüksələ bilib. Amma finalda nədənsə komandanız uğursuz çıxış edir. Keçən il “Qarabağ”a , bundan əvvəl isə “Xəzər Lənkəran”a məğlub oldunuz. Səncə, bu il necə olacaq?
- Bizim builki məqsədimiz həm çempionluq, həm də ölkə kubokunu qazanmaqdır. Təbii ki, indidən nələrin baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Amma ölkə kubokunu qazanmağı çox istəyirik.
- Ümumiyyətlə, kuboku qazanmağa hansı komandaların şansı daha çoxdur?
- Bilirsiz, kubok oyunlarında sürprizlər tez-tez baş verir. Birinci divizionun komandası belə rəqibinə qarşı müqavimət göstərir. Gənc oyunçular özlərini göstərmək üçün çalışırlar. Bu səbəbdən hansısa klubun adını çəkə bilmərəm.
- Samir “altılıq” sistemi haqqında nə fikirdəsən? Bu sistemin tərəfdarları olduğu kimi, narazılıqlarını bildirənlər də var…
- Mən bu sistemin yaxşı-pis olmağını deyə bilmərəm. Amma onu deyə bilərəm ki, oyunların sayının çox olması müsbət haldır. Xarici ölkələrin çempionatlarında olduğu kimi, 2-3 gündən bir oyun oynayırsan. Artıq futbolla yaşamağa başlayırsan. Tutaq ki, dünən “Karvan”la oynadıq. İki gündən sonra isə “Qarabağ”la çox çətin görüşümüz var. Demək istəyirəm ki, oyunların sayının çoxluğu bizə yaxşı mənada təsir edir. Amma digər tərəfdən bu sistemin özünü mən hələ ki, anlaya bilməmişəm. Necə olacaq, sonda xallar necə hesablanacaq, bu barədə heç bir fikrim yoxdur.
- Oyunların çoxluğunun yaxşı hal olduğunu bildirirsən. Bəs, bizim futbolçular bu qədər yük altında oynamağı bacarırlar?
- Qoy, bacarsınlar da. Bütün günü boş-boş danışırıq ki, filan futbolçumuzu filan klub çağırır. Bəs yaxşı, tutaq ki, hansısa futbolçumuz getdi xaricdə oynamağa. Ordakı yüklənmə altında oynamağı bacaracaq? İki-üç gündən bir oyunlara çıxa biləcək? Ona görə yaxşısı budur ki, uşaqlar indidən bu cür təzyiq altında çıxış etməyə öyrəşsinlər. Çətinliyin nə olduğunu görsünlər. Yoxsa, millinin təlim-məşq toplanışına gələndən sonra bəziləri deyir ki, yorulmuşuq. Çempionatda öz oyunumuzu göstərə bilmirik. Qardaş, yorulursan, gəlmə milliyə.
- Futbolçularımızın xaricə getmək ehtimalından söhbət düşdü. Necə düşünürsən, indiki halda bizdən kim rahatlıqla legioner həyatı yaşaya bilər?
- Qardaşım, burda kor-kor, gör-gördü. Nə heç kimi tərifləmirəm, nə də kimdənsə çəkinəcəyim var. İndiki halda Azərbaycandan kənara çıxıb oynaya biləsi iki futbolçumuz var. Vaqif Cavadov və Mahir Şükürov. Qaldı ki, Ruslan Abışova o da gedə bilər. Amma o gərək getdiyi komandada dayanmadan məşq edə, öz üzərində işləyə. Amma Ruslanı indi hansısa xarici klubda əsas heyətdə oynamağa hazır görmürəm. Azərbaycan səviyyəsində Ruslan çox yaxşı futbolçudur.
- Mahir Şükürov və Vaqif Cavadovun adını çəkdin. Səncə, onlar hansı ölkə çempionatında rahatlıqla oynaya bilərlər?
- Rusiya Premyer liqasında oynaya bilərlər. Rəşad Sadıqovun dediyinə görə, onların Türkiyədə də oynamağa gücləri çatar. Hətta Superliqanın adi klublarına keçib, oradan da karyeralarını “dörd böyüklər”də davam etdirə bilərlər. Kamran Ağayevi isə xüsusi vurğulamaq istəyirəm. Kamran dünyanın istənilən çempionatında problemsiz oynaya bilər. Qapıçılarımızdan xaricdə oynaya biləcək gücü yalnız Kamranda görürəm. Digərlərini heç yaxında buraxmıram.
- Heç Rəşad Sadıqovun adını çəkmədin…
- O yazıq zədəlidir axı. Zədələrdən heç başı açılır ki? Səncə, onu zədəli-zədəli hansı klub heyətinə götürmək istəyər? Rəşadın tezliklə qayıtmasını gözləyirik. Onunla millidə birgə oynayarkən insan özünü rahat hiss edir.
- Şənbə günü çempionatın növbəti turu çərçivəsində “Qarabağ”la qarşılaşırsınız. Komanda yoldaşın Peter Zlatinov bu gün mətbuata verdiyi açıqlamasında bildirib ki, “İnter” “Qarabağ”ı rahatlıqla məğlub edəcək. Sən necə düşünürsən?
- Zlatinov qələt eləyib, başını daşa döyür. Mən deyə bilmərəm ki, “İnter” “Qarabağ”dan güclüdür. Bunu oyun göstərəcək. “Qarabağ” rəhbərliyi çox ağıllı və uzaqgörən siyasət yürüdürlər. Hansı ki, indiyə kimi bunu heç bir klub etməmişdi. Sizdən qabaq məndən bu oyunla bağlı zəng edib müsahibə aldılar. Mən deyirəm ki, hansı komandanın qalib gəlməsindən daha çox bu oyunu azarkeşlər üçün əsl futbol tamaşasına çevirmək lazımdır. İstəyirəm ki, qırğın bir oyun alınsın. Qorxmaq futbol göstərməyək.
- Çempionatın səviyyəsində irəliləyiş hiss edirsən?
- Çox irəliləyiş var. Əvvəl çempionluğa 3-4 komanda oynayardı. Amma indi bütün komandaların şansları var. Gənclər layiqli müqavimət göstərirlər. Xaricdən yaxşı məşqçilər gəlir. Hər məşqçi də çempionluq üçün gəlir ki, bu da rəqabətin artmasına gətirib çıxarır.
- Çempionluğa kimi namizəd görürsən?
- “İnter” , “Qarabağ” və “Xəzər Lənkəran”ı daha şanslı görürəm.
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı
"Yuventus" kanadalı hücumçu transfer etdi
"Atletiko"nun futbolçusu "Betis"ə keçdi - Rəsmi