“Bu görüşdə xal qazandığımıza görə çox şadam. İnanıram ki, bundan sonra “Simurq”un “İnter”ə bilərəkdən uduzması barədə danışan olmayacaq”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Simurq”un prezidenti Zaur Məmmədov deyib. Klub rəhbəri bildirib ki, “İnter”lə görüşdə hətta qələbə də qazana bilərdilər: “Biz “İnter”lə görüşə çox ciddi hazırlaşmışdıq. Hər dəfə bu komandayla oyundan öncə müxtəlif söz-söhbətlərin yayılması oyunçulara pis təsir edirdi. Bu səbəbdən də komanda üzvləri deyilənlərin şaiyədən başqa bir şey olmadığını sübut etmək üçün alışıb-yanırdılar. Allaha şükürlər olsun ki, istədiyimiz oyunu sərgiləyə bildik. Komandamız “İnter”ə qarşı çox yaxşı oynadı. Qarşılaşma həddindən artıq gərgin və maraqlı keçdi. Sözün açığı, mən “İnter”dən də bu cür gözəl oyun gözləmirdim. Hətta qarşılaşmadan sonra AFFA Hakimlər Komitəsinin sədr müavini Gülağa Cabbarov da mənə yaxınlaşaraq, matçı çox bəyəndiyini bildirdi. Biz “İnter”ə qalib də gələ bilərdik. Lakin alınmadı. Bunun müxtəlif səbəbləri var. Bilirsiniz, mən heç vaxt bəhanə gətirməmişəm. İndi çox şey demək olar. Məsəlçün rəqib qol vurduğu epizodda meydan demək olar ki, görünmürdü. Hər tərəf duman idi. Amma istənilən halda, bu nəticəni uğur kimi qəbul edirəm. “Simurq” bundan sonra da hər bir oyuna 3 xal üçün çıxacaq”.
Zaur Məmmədov oyuna sonradan daxil olan baş hakim Rasim Məmmədovun idarəçiliyinə də toxunub: “Referi hər iki tərəfə qarşı səhv qərarlar verirdi. Yəni ki, o bu səhvləri bilərəkdən etmirdi. Hanısa qərəz yox idi. Sadəcə olaraq, onun səviyyəsi budur. Bir epizodda “İnter”in futbolçusu topa bilərəkdən əliylə toxundu. Lakin hakim bu epizodu görmədi. Mən onu da başa düşürəm, gəncdir. Birdən-birə lider komandaların oyunlarını idarə etmək elə də asan iş deyil. Mən bu işdə daha çox AFFA-nı günahlandırardım. Çünki bu cür məsuliyyətli oyunlara gərək dördüncü hakim kimi daha təcrübəli referi göndərəydilər. Lakin Rasim Məmmədovun elə də böyük təcrübəsi yoxdur. Onun səhv etməsi də normaldır. Bununla belə, hakimin nəticəyə təsir edən hansısa səhvə yol verdiyini düşünmürəm”.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video
"Bavariya"nın futbolçusu cəzalandırıldı
Azərbaycan millisi Ukraynaya qarşı
"Təslim olmamışıq" - Elvin Yunuszadə
AFFA bu klubları cərimələdi
Çempionlar Liqası oyunlarını yayımlayacaq kanallar
Neymar milliyə çağırılmamasından danışdı
İran Futbol Federasiyası FİFA-ya müraciət etdi
Bakıda daha bir dünya çempionatı keçiriləcək
“Qarabağ”da daha çox qalmaq istəyərdim” – Simeon Slavçev
UEFA-dan Əliyar Ağayevə yeni təyinat
Ançelotti: "Budo-Qlimt" Avropanın ən yaxşı komandasıdır"
“Çelsi” Rayan Messini transfer etməyə hazırlaşır
Futbolda bu da oldu, topu robot gətirdi - Video
Braziliya millisinin heyəti açıqlandı
“Fiorentina” səfərdən 3 xalla qayıdır
Cəlal Hüseynovun komandası 10 nəfərdə qalib gəldi
“Şirvan” qələbə qazandı - Video
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?