"Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti bu axşam Çempionlar Liqasının yarımfinalında qarşılaşacaqları "Yuventus"la cavab oyunu haqda fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan italiyalı mütəxəssis zədəsini sağaldan Kərim Benzemanın axşamkı görüşdə iştirak edəcəyini bildirib:
"Benzema bugünkü oyuna 100 faiz hazırdır. O, meydana start heyətində və ya əvəzləmədən çıxa bilər. Benzema bir aydır oynamır. Bu səbəbdən onun meydana nə zaman buraxacağıma qərar verməmişəm. Beylə gəlincə oyunundan razıyam. Onunla söhbətim olub. Komandada olmaqdan məmnundur. Beyl ötən mövsüm bir sıra vacib oyunlarda qollar vurdu. O, bunu yenidən etmək gücünə malikdir".
Ançelotti komandasının titulunu qorumaqla Çempionlar Liqasında tarix yaza biləcəyini deyib: "İspaniya La Liqasında "Sevilya" və "Valensiya" ilə görüşlərdə pis oynamadıq. Lakin həlledici məqamlarda konsentrasiyanı itirdik. Bu axşam "Santyaqo Bernabeua"da önəmli oyunumuz var. Futbolçularımın yalnız bir məqsədi olmalıdır. Biz bu axşam səhvlərə yol verməməliyik. Yenidən finala yaxınıq və titulumuzu qorumaqla Çempionlar Liqasında tarix yaza bilərik".
Qeyd edək ki, Avropanın mötəbər turniri Çempionlar Liqası adlandığı mövsümdən etibarən heç bir klub ardıcıl iki dəfə bu kuboku qazana bilməyib. Ötən mövsümün qalibi "Real" bu mövsüm də kuboka sahib çıxacağı təqdirdə tarixi uğura imza atmış olacaq.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi