Ağasəlim Mircavadov: “İkinci hissədə qol vurmağa borclu idik”

Ağasəlim Mircavadov: “İkinci hissədə qol vurmağa borclu idik”
ÖLKƏ FUTBOLU 30 Oktyabr 2009 / 16:52 2416
-  A +

“Əvvəldən də bilirdik ki, qarşılaşma çətin olacaq. Oyunun gedişi də gümanlarımızı doğrultdu. Bununla belə, hesab edirəm ki, oyun bərabərsəviyyəli idi. Komandalardan heç birinin böyük üstünlüyü meydanda nəzərə çarpmadı”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la oyunsonrası mətbuat konfransında “Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov deyib. Təcrübəli mütəxəssis məğlubiyyətə görə müdafiəçiləri günahlandırıb: “Buraxdığımız bir səhv məğlubiyyətimizə səbəb oldu. Halbuki ikinci hissənin gedişində fərqlənməyə borclu idik. Lalin əlverişli imkanı mütləq qola çevirməliydi.

 

Daha çox


Son xəbərlər