Artıq bir neçə gündür Mingəçevirdə əsgərlik çəkən və oradan da Şəkiyə göndəriləcək milli komandamızın və “Neftçi”nin üzvü Elmar Baxşıyev ən azı 40 gün orada qalacaq. Elmarın Bakıya qayıtması, MOİK-in və ya “Neftçi”nin məşqlərinə qatılması nə AFFA-nı, nə də məxsus olduğu klubu düşündürür. Qol.Az-ın məlumatına görə bu haqda futbolçunun özü məlumat verib: “Mingəçevirdə əsgərlik çəkirəm. Gələcək taleyimin necə olacağı mənim üçün qaranlıq qalır. “Neftçi” və AFFA vəziyyətimlə maraqlanmırlar. Bəlkə də Bakıda hansısa işlər görürlər, amma mən Mingəçevirdə bunu hiss etmirəm. Mən hər iki quruma zəng edib nə deyə bilərəm ki? Gərək onlar maraqlansınlar da. Hələlik buradayam. Deyəsən, məni Şəkiyə göndərəcəklər. Nə edə bilərəm ki? Mən bir əsgərəm. Elə də darıxmıram. Sağ olsun dostlar, halımla maraqlanırlar”.
E.baxşıyev bildirib ki, hərbi hissədə özünü rahat hiss edir: “Əlbəttə ki, əsgərlik çəkmək hər bir vətəndaşın borcudur. Burada uşaqların içində özümü rahat hiss edirəm. Əksəriyyət milli komandanın və “Neftçi”nin futbolçusu Elmar Baxşıyev olduğumu bilir. Mənə hörmət edirlər. Məni narahat edən təkcə məşqlərdən kənarda qalmağımdır. Hiss edirəm ki, əvvəlki Elmar deyiləm. Qısa müddətdə burada olsam da, artıq idmançı rejimindən bir növ çıxmışam. Bu təbii şeydir. Çünki adi həyatla əsgər həyatı eyni deyil. Müddətin nə qədər davam edəcəyini bilmirəm. Belə getsə, tam əsgərlik çəkəcəyəm. Deyilənə görə, bir müddətdən sonra bizi Şəkiyə aparacaqlar”.
Elmarın sözlərinə görə, əsgərlik çəkməyi onun üçün şərəflidir: “Ailəliyəm. Uşaqlarım var. Hər dəfə zəng edəndə deyirlər ki, nə vaxt gəlirsən. Əlbəttə ki, onlara konkret söz deyə bilmirəm. Bu mənim üçün nə qədər çətin olsa da, başa düşüləndir. Həsrət və çətinlik əsgər həyatının yazılmamış qanunudur. Vətəni qorumalıyıq. Bu hər bir Azərbaycan oğlu kimi mənim üçün də şərəfdir. Amma bu, formama mənfi təsir göstərir. Nə vaxt qaytarsalar, onda da qayıdacağıq. Mənim vəziyyətimdən narahatlıq hiss keçirənlər təkcə evdəkilər deyil. Formasını geyindiyim klubdan uşaqlar əlaqə saxlayıb ürək-dirək verirlər. Millinin üzvlərindən qapıçı Fərhad Vəliyevin dəstəyini tez-tez hiss edirəm”.
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video
"Bavariya"nın futbolçusu cəzalandırıldı
Azərbaycan millisi Ukraynaya qarşı
"Təslim olmamışıq" - Elvin Yunuszadə
AFFA bu klubları cərimələdi
Çempionlar Liqası oyunlarını yayımlayacaq kanallar
Neymar milliyə çağırılmamasından danışdı
İran Futbol Federasiyası FİFA-ya müraciət etdi
Bakıda daha bir dünya çempionatı keçiriləcək
“Qarabağ”da daha çox qalmaq istəyərdim” – Simeon Slavçev
UEFA-dan Əliyar Ağayevə yeni təyinat
Ançelotti: "Budo-Qlimt" Avropanın ən yaxşı komandasıdır"
“Çelsi” Rayan Messini transfer etməyə hazırlaşır
Futbolda bu da oldu, topu robot gətirdi - Video
Braziliya millisinin heyəti açıqlandı
“Fiorentina” səfərdən 3 xalla qayıdır
Cəlal Hüseynovun komandası 10 nəfərdə qalib gəldi
“Şirvan” qələbə qazandı - Video
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir