Futbol üzrə Unibank Premyer Liqasında “Neftçi” və Yevlaxın “Karvan” klublarının görüşü noyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu haqda stadionun direktoru Akif İsmayılov məlumat verib. Onun sözlərinə görə, “Neftçi” rəhbərliyi və AFFA-dan edilən müraciətə müsbət cavab verilib. Amma İsmayılov Bakı klubunun növbəti oyunlarını da mərkəzi arenada keçirmək istəyini müsbət cavablandırmaqda tərəddüd etdiyini bildirib: “Havaların yağışlı keçmə ehtimalı ilə əlaqədar stadionumuzu dalbadal oyunlarla yükləməkdən ehtiyatlanırıq. Oktyabrın 31-də stadionumuzda Azərbaycan və Qazaxıstanın 17 yaşlılardan ibarət yığma komandaları arasında Avropa çempionatının seçmə oyunu keçiriləcək. “Neftçi”nin “Karvan”la görüşü isə ertəsi günə təsadüf edəcək. Yağışlı hava olsa, iki gün ərzində iki oyunu keçirmək meydançamızın ot örtüyünü pis vəziyyətə sala bilər. Üstəlik, noyabrın 4-də stadionumuzda ölkə kubokunun ilk 1/8 final oyunu olacaq. Məncə, yağışlar yağacağı təqdirdə, “Neftçi” rəhbərliyinin özü də bizim stadionda oynamaq istəməyəcək”. Qeyd edək ki, birisigün saat 14:30-da başlanacaq “Neftçi” – “Karvan” matçı "İdman Azərbaycan" telekanalı ilə canlı yayımlanacaq.
Mənbə: lent.az
"Komo" "Milan"dan 16 yaşlı hücumçunu aldı
"Atletiko"nun sabiq oyunçusu "Turan Tovuz"da - Rəsmi
"Qarabağ" növbəti transferini açıqladı - Rəsmi
"Beşiktaş" onu azad agent kimi transfer edir
"Araz-Naxçıvan" "Alanyaspor"la bərabərə qaldı
"Şamaxı"dan daha bir transfer - Rəsmi
İbrahim Şehiçi transfer etdilər
"Sumqayıt" yeni transferini açıqladı - Yenilənib
A seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yeniləndi
"Fənərbaxça" 18 yaşlı futbolçu transfer etdi
"Turan Tovuz" onu da göndərdi
Henderson yenidən Premyer Liqada
Azərbaycan millisinin üzvü “Sabah”la müqaviləsini ləğv etdi
Araz Abdullayevin yeni klubu - Rəsmi
1-ci liqanın başlama tarixi məlum oldu
"Sumqayıt"da növbəti ayrılıq
"Bayer"in yeni səfər formaları - Şəkillər
Cicanın transferini açıqladılar
Özbək hücumçunun İstanbul klubuna keçidi rəsmiləşdi
Azərbaycan klublarının Avropada 500-cu qolu
"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"lını transfer etdi
"Real" yeni transfer üçün razılaşdı
Dünya çempionu "Roma"dan bu kluba keçdi
Arda Turandan əla rəsmi debüt - Video
“Tottenhem”dən yeni transfer
Konfrans Liqasında gecənin nəticələri
Avroliqada yeni mövsüm başladı
"Sabah" - "Çelye" oyunundakı 5 qol - Video
"Atletik"in oyunçusu futboldan kənarlaşdırıldı
"Bizə daha çox güvənin" - Valdas Dambrauskas
"Hazırda cütün ən güclüsü bizik" - "Çelye"nin baş məşqçisi
"Sabah" "Çelye"yə məğlub oldu
"Qarabağ"da növbəti ayrılıq - Bu kluba keçdi